2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mehman Hüseynov 14 saylıya köçürüldü

RATİ sədri, məşhur bloger Mehman Hüseynov saxlandığı Şüvəlan təcridxanasından 14 saylı cəzaçəkmə Müəssisəsinə köçürülüb. Bu barədə vəkil Elçin Sadıqov facebook profilində yazıb.
Bir neçə gün əvvəl Mehman Hüseynovu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən gələn həkimlər müayinə etmişdi və onun cərrahi əməliyyata ehtiyacı olduğunu demişdi. Mehman Hüseynovun əməliyyat olunması üçün vəkili (Elçin Sadıqov) də öz növbəsində yenidən müraciət göndərmişdi. Ancaq bu müraciətə baxmayaraq Mehman Hüseynov əməliyyat olunmadan 14 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
Nəsimi RPİ-nin rəisi Musa Musayev Mehman Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
Martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. Bloger məhkəmə zalında həbs olunub.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button