ManşetSiyasət

Mehman Hüseynov “kars”da müddətsiz aclığa başladı

Vəkil Mehman Hüseynovla görüşə bilməyib

Bloger Mehman Hüseynov “kars”da müddətsiz aclığa başlayıb. 24saat.org xəbər verir ki, o, dünən Mehman Hüseynova qarşı yeni cinayət işi açılıb. Bu barədə Penitensiar Xidmət məlumat yayıb. Məlumatda iddia olunur ki, Mehman Hüseynov müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğluna zor tətbiq edib. Ona Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanılıb.

”Şəhla Hümbətova: ”Bunlar bəhanə idi”

Vəkil Şəhla Hümbətova dekabrın 27-də 2 il azadlıqdan məhrum olunan bloger Mehman Hüseynovla görüşə bilməyib.

Vəkil Meydan TV-yə deyib ki, 14 saylı Cəzaşəkmə Müəssisəsinin rəhbərliyi əvvəlcə ona Mehman Hüseynovun “kars”da olduğunu, ona görə yuxarıların tapşırığı olsa, görüşə icazə veriləcəyini bildirdilər:

“Sonra dedilər ki, müstəntiq gələcək, onunla birlikdə icazə verəcəklər. Amma iki saatlıq gözləntidən sonra Mehman bəylə görüşə icazə verilmədi. Bunlar bəhanə idi, sadəcə, istəmədilər”.

Ş.Hümbətova dekabrın 28-də bir daha Mehman Hüseynovla görüşməyə cəhd edəcəyini söyləyib:

“Mən vəkil olaraq onunla görüşüb nələr baş verdiyini öyrənməliyəm. Əks təqdirdə, rəsmi məlumatda yazılanlara şübhələr daha da artacaq”.

Qeyd edək ki, Mehman Hüseynov 2017-ci il yanvarın 9-u Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İXM-in 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinib. O, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunaraq sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o peşə fəaliyyətinə görə təzyiqə məruz qalır və saxlanılarkən polislər ona işgəncə veriblər.

Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.

Bu şikayətə əsasən, Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq təşkilatlar onu Vicdan Məhbusu kimi tanıyıb. Onun məmurların korrupsiya iə əldə etdiyi əmlaklarla bağlı videolar çəkdiyinə və tənqidi mövqeyinə görə həbs edildiyini bəyan ediblər.

Gözdən qaçırmayın:  ZELENSKİnin Avropa Parlamentində tarixi çıxışı - AZƏRBAYCANCA

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button