2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mehman Hüseynov müayinə olunub

14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan bloqqer Mehman Hüseynovun müayinə edilib.

Bu haqda Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi bloqqerin vəkili Elçin Sadıqova bilgi verib. İdarə rəisinin müavini İftixar Qurbanovun göndərdiyi məktubda bildirilir ki, Mehman Hüseynovun sağlamlıq durumu kafidir.

Saytların yığılması Saytlarin yigilmasi

“Onun azadlıqdan düçar olduğu budun səthindəki venaların genişlənməsi ilə əlaqədar gündəlik həyatda heç bir problem yaranmır. M.Hüseynov bir müddət azadlıqda da bu potologiya ilə yaşayıb”, məktubda deyilir.

Məktubda vurğulanır ki, gələcəkdə zərurət yarandığı halda M.Hüseynova lazımi tibbi xidmət göstəriləcək.

Məktubda o da bildirilir ki, M.Hüseynov Penitensiar Xidmətin müəssisələrində saxlanıldığı müddətdə daim həkim nəzarətində olub. Zərurət yarandıqda tibbi yardımla təmin edilib.

Tibb Baş İdarəsi: “Əməliyyata zərurət yoxdur”

“Təcridxanaya daxil olarkən tibbi müayinə zamanı M.Hüseynov səhhəti ilə bağlı şikayət bildirməyib. O, tibb işçilərinə hər hansı işgəncəyə məruz qalması haqda da bildirməyib. Bədən səthinə baxış zamanı heç bir xəsarət, zədə aşkar olunmayıb. M.Hüseynov iki ildir ki, venalarında genişlənmə olduğunu bildirib, ancaq təsdiqedici sənəd təqdim etməyib”.

Tibb Baş İdarəsi bildirir ki, mövcud potologiya ilə əlaqədar M.Hüseynov təcridxanada müayinədən keçirilib.

“Mütəxəssis M.Hüseynovda cərrahi müdaxiləyə zərurət olmadığını qeyd edərək, müvafiq təyinat verib. Hazırda təyinatın icrasına başlanılıb”.

Bloqqerin əməliyyat edilməsindən ötrü yenidən müraciət

Ancaq vəkili AzadlıqRadiosu-na Tibb Baş İdarəsinin M.Hüseynovun əməliyyat edilməsinə zərurət olmaması barədə rəyindən narazı olduqlarını deyib. Vəkil bloqqerin tezliklə əməliyyat edilməsindən ötrü yenidən əlaqəli qurumlara müraciət edəcəklərini bildirib.

Mehman Hüseynov venasında problemlərin olduğunu, həbsxana şəraitində ağrılarının artdığını bildirir. Vəkilləri onun əməliyyat olunmasını istəyirlər.

Xatırlatma

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Buna qədərisə onun yanvarın 9-da oğurlandığı güman edilirdi.

Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M. Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilib.

Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Müdafiə tərəfi isə prokurorluğun işgəncə şikayəti ilə bağlı cinayət işi açmamasından məhkəməyə müraciət etmişdi. Səbail rayon və Bakı apellyasiya məhkəmələri də müdafiə tərəfinin istəyini geri çevirmişdi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button