2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Mehman Hüseynova azadlıq aksiyası – VİDEO

Jurnalistlər və ictimai fəallar polis tərəfindən saxlanılıb 

Bir qrup ictimai fəal yanvarın 3-də paytaxtın “Neftçilər” metrostansiyasının çıxış hissəsində bloger Mehman Hüseynova azadlıq tələbilə aksiya keçirib.

https://youtu.be/MkvK-QmgNZo

Onlar blogerə qarşı yeni cinayət işini qondarma sayaraq, hakimiyyətin ünvanına sərt tənqidlər səsləndiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

20 dəqiqədən çox keçən aksiya polis tərəfindən dağıdılıb.

Jurnalist Ramin Deko “Facebook” sosial şəbəkəsindəki profilində yazıb ki, Sevinc Vaqifqızı, Nurlan Libre, Əfqan Sadıqov, Fatimə Mövlamlı, Fərid Abdinov, Dilarə Miriyeva, Gülnarə Akif Qizi və başqaları saxlanılıb.

Yanvarın 3-də müxalif partiyalar da Mehman Hüseynova yeni cinayət işinin açılmasına etiraz olaraq bəyanatlarla çıxış ediblər.

Həbs müddətinin bitməsinə iki ay qalmış, Mehman Hüseynova qarşı yeni ittihamlar irəli sürülüb.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətb

iq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

24saat.org xəbəri Meydan TV-yə istinadən təqdim edir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button