2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mehman Hüseynova qarşı yeni plan hazırlanır? FOTO

Bloggerin hökmü Bakı şəhər Baş Polis İdarəsinin nəyinə lazımdır?

Tanınmış blogger, “facebook”dakı “Sancaq” səhifəsinin idarəedicisi Mehman Hüseynovun iki il azadlıqdan məhrum edilməsinə dair hökm qüvvəyə minsə də, blogger hələ cəzaçəkmə müəsissəsinə köçürülməyib, Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılır. Bu haqda bloggerin vəkili Elçin Sadıqov məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil deyir ki, bir neçə gün əvvəl Mehman Hüseynovu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən gələn həkimlər müayinə ediblər və bildirblər ki, cərrahiyyə əməliyyatına ehtiyacı var.

“Deyiblər ki, Mehman Hüseynovun əməliyyat olunması üçün vəkili yenidən müraciət etməlidir. Mən də bu məqsədlə yenidən müraciət göndərdim”, – deyə Elçin Sadıqov bildirib.

Yeri gəlmişkən, “Azadlıq”a daxil olan məlumata görə, Mehman Hüseynovun məmurların korrupsiyasını ifşa etməsindən hiddətlənən hökumət ona verilən iki illik cəza ilə kifayətlənmək niyyətində deyil. Mənbənin sözlərinə görə, bloggerə qarşı yeni plan hazırlanır. Söhbət Mehman Hüseynovun haqqında 2012-ci ildə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə başlanmış, sonradan istintaqı dayandırılmış cinayət işindən gedir. Məlumata görə, o işi bərpa etmək planlaşdırılır.

Mənbə deyir ki, bir müddət əvvəl Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi Nazim İsmayılov Suraxanı Rayon Məhkəməsinin sədri İlham Mahmudova rəsmi məktub göndərib. Polis polkovniki məhkəmə sədrindən martın 3-də Suraxanı Rayon Məhkəməsində çıxarılmış, Mehman Hüseynovun iki il azadlıqdan məhrum edilməsi haqda hökmün surətini istəyib. İstənilən sənəd Bakı şəhər Baş Polis İdarəsinə göndərilib.

“Güman ki, bundan sonra Mehmanla bağlı işi Bakı şəhər Baş Polis İdarəsi aparacaq. Ona görə də məhz bu qurum onun haqqında hökmü alıb, işə əlavə edir”, – deyə mənbə bildirib.

Xatırladaq ki, Mehman Hüseynov martın 3-də məhkəmə zalında həbs olunub. Həmin gün Suraxanı rayon məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında bloggerin iki il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarılıb. Polis rəisi iddia edir ki, Mehman Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən başına torba keçirilib oğurlandığını, idarədə işgəncələrə, ləyaqəti alçaldan rəftara məruz qaldığını deməklə, böhtan atıb.

Mehman Hüseynov isə işgəncə haqda dediklərinin doğru olduğunu bildirir. Həbsini isə peşə fəaliyyətinə, korrupsiyanı ifşa etdiyinə görə cəzalandırılması kimi qiymətləndirir.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button