2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mehman Hüseynova şəxsiyyət vəsiqəsi vermək üçün polis rəisi təcridxanaya gəlib

eAmma bilməyib ki, Mehman heç vaxt Kürdəxanı təcridxanasında saxlanmayıb, blogger 14 saylı cəzaçəkmə müəssisəsindədir

Nəhayət, Azərbaycan hökuməti həbsdə olan blogger Mehman Hüseynova 5 ildən sonra şəxsiyyət vəsiqəsi vermək qərarına gəlib. “Azadlıq”a daxil olan məlumata görə, mayın 2-də Suraxanı Rayon Polis İdarəsinin pasport-qeydiyyat şəbəsinin rəisi bu məqsədlə Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasına gedib. Polis rəisi özü ilə birlikdə çəkiliş də gətirib. Lakin Kürdəxanıya çatanda onlara məlum olub ki, sən demə, Mehman Hüseynov heç vaxt Kürdəxanı təcridxanasında olmayıb. O, həbs olunandan sonra təxminən ay yarım Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılıb. Aprelin 12-də Bakı Apellyasiya Məhkəməsinin onun haqqında hökmü təsdiqləməsindən sonra isə blogger 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Bir gün əvvəl məlumat yayılmışdı ki, İnsan hüquqları üzrə müvəkkil Elmira Sülymanova Mehman Hüseynova şəxsiyyət vəsiqəsi verilməsi üçün daxili işlər naziri Ramil Usubova müraciət edib.
Ombudsmanın məktubunda qeyd olunub ki, M.Hüseynovun şəxsiyyət vəsiqəsi 2012-ci ildə Səbayel Rayon Polis İdarəsi tərəfindən götürülüb. Bloger dəfələrlə müraciət etsə də onun şəxsiyyət vəsiqəsini geri verməyiblər.
Xatırladaq ki, Mehman Hüseynov martın 3-də həbs olunub. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında CM-nin 147-ci maddəsi ilə təqsirli bilinərək, 2 il azadlıqdan məhrum edilib. Polis rəisi iddia edir ki, Mehman Hüseynov Nəsimi RPİ əməkdaşları tərəfindən başına torba keçirilərək oğurlandığını, idarədə işgəncələrə məruz qaldığını deməklə, onlara böhtan atıb.
Mehman Hüseynov ittihamları qəbul etmir, həqiqətən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qaldığını, başına torba keçirilib, küçədən oğurlandığını bildirir. Blogger deyir ki, əgər polis rəisi bunu qəbul etmirsə, o zaman idarənin qarşısında və içində olan videokameraların görüntülərini ortaya qoysun, onun idarəyə hansı vəziyyətdə gətirildiyini, onunla necə davranıldığını göstərsin.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button