2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Mehman Hüseynova xəstə anasıyla görüşə icazə verilmir

Həbsdə olan bloqçu Mehman Hüseynovun anası ağır xəstədir və o, 10 günə yaxındır reanimasiyada müalicə alır.

Bu barədə BBC News Azərbaycancaya Mehman Hüseynovun atası Rafik Hüseynov məlumat verib.

Onun sözlərinə görə, oğlunun anası ilə görüşməsi üçün müvafiq qurumlara ötən həftənin şənbə günü müraciət olunub.

“Ürəyində olan problemə görə, kliniki ölüm keçirib. Ürəyi dayanmışdı və bu müddət ərzində komada yatır”, Rafik Hüseynov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bloqçunun vəkili Fuad Ağayev deyib ki, “anasının səhhətində ciddi problemlər olduğu üçün Mehmanın qısa müddətli azadlığa buraxılması” üçün Cəzaçəkmə müəssisəsinin rəhbərliyinə və Penitensiar xidmətə müraciət olunub.

Fuad Ağayev əlavə edib ki, “qısa müddət deyəndə bir həftə nəzərdə tutulur. Müraciət Mehman Hüseynov və onun digər vəkili Şəhla Hümbətova tərəfindən imzalanıb rəsmi qurumlara təqdim olunub”.

Onun sözlərinə görə, hələ də rəsmi qurumlardan müraciətlərinə cavab almayıblar.

Vəkil bildirib ki, bloqçunun anasının xəstəliyini təsdiq edən sənədlər də rəsmi qurumlara təqdim olunub.

Ədliyyə Nazirliyi Penitensiar xidmətdən isə BBC News Azərbaycancaya bildiriblər ki, bu kimi müraciətlərə fərdi qaydada baxılır.

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov deyib ki, “müraciətə baxılıb qanunvericiliyə uyğun cavab ona veriləcək”.

Video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib.

O, Daxili İşlər Nazirliyinin şikayətilə polisə “ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma” maddəsilə ittiham olunur.

Bloqçu haqqında olan ittihamları qəbul etmir (BBC-Azərbaycanca).

https://www.bbc.com/azeri/azerbaijan-44936782

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button