2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Mehman Hüseynova yenidən cinayət işi açıldı

14 saylı cəzaçəkmə müəssisəsində saxıanılan blogger Mehman Hüseynava yeni cinayət işi açılıb.24saat.org xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, dekabrın 26-da  plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri keçirilib. Məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayıb. Qeyd edilir ki, M.Hüseynov ona qarşı zor tətbiq edib. Həmçinin fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Bundan başqa, xidməti otaqda olan əşyaları dağıdaraq sındırmışdır.
“Hadisə zamanı xəsarət almış Ə.Abdalova tibbi yardım göstərilməsi məqsədi ilə müəssisəyə təcili həkim briqadası çağrılmışdır.Məlumat üçün qeyd olunur ki, məhkum M.Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülmüşdür.

Bakı şəhəri Qaradağ rayon Prokurorluğu tərəfindən hadisə yeri müayinə olunmuş və aidiyyəti üzrə araşdırma aparılır. Prokurorluqdan verilmiş məlumata görə faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanılıb”.

Mehman Hüseynovun həbs müddəti martın 3-də bitirdi

Qeyd edək ki, Mehman Hüseynov 2017-ci il yanvarın 9-u Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İXM-in 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinib. O, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunaraq sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o peşə fəaliyyətinə görə təzyiqə məruz qalır və saxlanılarkən polislər ona işgəncə veriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.

Bu şikayətə əsasən, Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq təşkilatlar onu Vicdan Məhbusu kimi tanıyıb. Onun məmurların korrupsiya iə əldə etdiyi əmlaklarla bağlı videolar çəkdiyinə və tənqidi mövqeyinə görə həbs edildiyini bəyan ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button