Loading...
Loading...
24 saatGündəm

Mehman Hüseynovla bağlı qərar verildi

Həbsdə olan bloger Mehman Hüseynov anasının yas mərasimində iştirak edəcək.

24saat.org xəbər verir ki,  bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov “haqqin.az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu barədə Penitensiar Xidməti qərar çıxarıb.

Verilən qərara görə, Mehman Hüseynov anası Firəngiz Hüseynovanın dəfn mərasimində iştirak edəcək. O, bir neçə gün azadlıqda qalacaq.

Qeyd edək ki, Emin və Mehman Hüseynov qardaşlarının anası vəfat edib. Firəngiz Hüseynova avqustun 6-da gecə saat bir radələrində vəfat edib. Firəngiz Hüseynova iyulun 15-də ürək çatışmazlığı diaqnozu ilə Neftçilər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Gözdən qaçırmayın:  Rus zabitləri və Kadırovçular yanlışlıqla bir-birlərini qırıblar - TƏFƏRRÜAT

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button