2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mehman Hüseynovun apellyasiya məhkəməsi başladı

Həbsdə olan blogger Mehman Hüseynovun Suraxanı rayon məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başlayıb.
Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda Mehman Hüseynovun vəkilləri Elçin Sadıqov, Fuad Ağayev və Şəhla Hümbətova vəsatətlərlə çıxış edib. Onlar prosesin audio-video görüntülərinin qeydə alınmasını, müdafiə etdikləri şəxsin vəkillərinin yanında oturmasını, həbs-qətimkan tədbirin dəyişdirilməsini, məhkəmənin qismən istintaq yolu ilə aparılmasını, xüsusi ittihamçı olan Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayevin məhkəmə dindirilməsini, Mehman Hüseynovun saxlanınan zaman Nəsimi rayon Polis İdarəsində olan  müşahidə kameralarının  məhkəməyə təqdim edilməsini, cinayət işinə xitam verilməsini, həmçinin, bu təmin olunmayacağı təqdirdə işin birinci instansiya məhkəməsinə qaytarılmasını  istəyiblər.
Hakim vəsatətləri təmin etməyib. Məhkəmə baxışı aprelin 10-a təyin edilib (lent.az).

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button