2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Mehman Hüseynovun azad edilməsi ilə məhkəmə prosesi təyin edildi

Proses 14 saylı cəzaçəkmə müəssisəsində keçiriləcək

Həbsdə olan blogger Mehman Hüseynovun vaxtından gələn həftə azad edilməsi gözlənilir. 24saat.org xəbər verir ki, bloggerin vaxtından əvvəl azad edilməsi iilə bağlı mürciətinə avqustun 24-də Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Məmmədov baxacaq. Proses Mehman Hüseynovun siaxlandığı 14 saylı cəzaçəkmə müəssisəsində keçiriləcək.
Qeyd edək ki, 24saat.org saytı Mühman Hüseynovun azad ediləcəyi ilə bağlı ötən həftə infiormasiya yayıb.
Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o peşə fəaliyyətinə görə təzyiqə məruz qalır və saxlanılarkən polislər ona işgəncə veriblər.

Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu şikayətə əsasən, Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button