2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

”Mehman Hüseynovun həbsi biabırçılıqdır”

Xalid Ağaliyev: ”İfadə azadlığına həbs formasında müdaxilə qanunsuzdur”

“Mehman Hüseynovun həbsi biabırçılıqdır. Başqa nəsə söyləməyə sözüm yoxdur”, – “Ayna” qəzetinin baş refaktoru Elçin Şıxlının sözləridir.

Bu barədə Meydan TV-yə danışan baş redaktor “İnformasiya, informasiyalaşdırma, informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklər etmək istədiklərini deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Bu, yeni siqnal deyil. Köhnədən gedən prosesdir. Mövcud gedişata cəmiyyət tərəfindən heç bir müqavimət olmayıb, belə də davam edəcək. Çünki jurnalistlər təkbaşına heç nə edə bilməyəcəklər. Onsuz edə də bilmirlər. Hərə öz işiylə məşğuldur və nəticəsi göz önündədir”.

Media hüququ üzrə ekspert Xalid Ağaliyev isə Mehman Hüseynovun böhtana görə həbs edilməsini gözlənilməz saymır. Deyir, blogerin inzibati qaydada cəzalandırılmasından dərhal sonra DİN-in Baş Prokurorluğa müraciət edərək M.Hüseynovun böhtan atmasını araşdırmasını istəməsi həbsin xəbərçisi idi:

“Böhtana görə cinayət qanunlarının işləməsinə moratorium qoyulması barədə deyilənlər gerçək deyildi. Böhtan və təhqirə görə cinayət cəzası nəzərdə tutan maddələr sakitcə işləyirdi. Əsasən internet mediasında çalışanlar davamlı olaraq məhkəməyə çəkilirdi. Onlara ciddi cəzalar tətbiq edilmirdi, ancaq bu maddələr “göz qorxutmaq” funksiyasını yerinə yetirirdi. Elə dünən Sumqayıt Apelyasiya Məhkəməsi böhtana görə həbs olunmuş iki nəfəri xeyli cəza çəkdikdən sonra azadlığa buraxmışdı”.

X.Ağaliyev Mehman Hüseynovla bağlı qərarın ciddi pozuntu olduğunu söyləyir:

“Bloger polisin ona işgəncə verdiyini açıqlayıb. Polis isə bunu söyləməklə ona böhtan atdığını iddia etmişdi. Polislə bərabər bloger də ona işgəncə verilməsinin araşdırılmasını istəmişdi. Ancaq Baş Prokurorluq işgəncə şikayəti üzrə cinayət işi açılmasından imtina etmişdi. Hazırda prokurorluğun həmin qərarı məhkəmə qaydasında mübahisələndirilib. Bəlkə sabah məhkəmə blogerə doğrudan da işgəncə verildiyi qənaətinə gələcək? Məncə, məhkəmə ən azı işgəncə iddiası ilə bağlı bütün prosedurların bitməsini gözləməli idi”.

Digər tərəfdən, hüquqşünas deyir ki, bu qərar Avropa Məhkəməsinin böhtan və təhqirlə bağlı presedent hüququnun pozuntusudur. Avropa Məhkəməsi ifadə azadlığına görə həbs cəzasını istisna edir. Ona görə də blogerin ifadə azadlığına həbs formasında müdaxilə qanunsuzdur.

Martın 3-də Suraxanı Rayon Məhkəməsi bloqqer Mehman Hüseynovun 2 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Bloqqer məhkəmə zalında həbs edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button