Now Reading:
Mehman Hüseynovun işi üzrə qərar aprelin 12-də açıqlanacaq

Mehman Hüseynovun işi üzrə qərar aprelin 12-də açıqlanacaq

Bu gün Bakı Apellyasiya Məhkəməsində böhtan ittihamı ilə 2 il azadlıqdan məhrum edilmiş bloger Mehman Hüseynovun şikayətinə baxılması davam edib.

Vəkillər Fuad Ağayev, Elçin Sadıqov və Şəhla Hümbətova məhkəməni ittiham əsassız olduğu üçün M.Hüseynova bəraət verməyə çağırıblar.

M.Hüseynov ittihamı rədd edib.

Qərarın elan olunması 12 aprel saat 10:00-a təyin edilib.

M.Hüseynov Nəsimi rayon polisinin rəisi Musa Musayevin iddiası ilə mühakimə edilib. İddiaçı polis idarəsində M.Hüseynova işgəncələrin verilməsi barədə blogerin bəyanatlarının böhtan olduğunu bildirib.

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.