2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Mehman Hüseynovun məhkəməsi başladı

Hazırlıq iclası fevralın 17-ə təyin edilib
Bu gün Sabunçu rayon Məhkəməsində Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin bloger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesə hakim Ceyhun Qədimov sədrlik edib. Prosesdə vəkili Elçin Sadıqov məhkəmədən şikayətlə tanış olmadıqlarını əsaslandıraraq vaxt istəyib.
Hazırlıq iclası fevralın 17-ə təyin edilib.
Qeyd edək ki, Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu Mehman Hüseynovun CM-nin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button