2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

Mehman Hüseynovun saxlandığı cəzaçəkmə müəssisəsindən DƏHŞƏTLİ XƏBƏR

Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhbusların su ilə sınağa çəkildiyi bildirilir.

Bu haqda “Basta”ya orada cəza çəkən məhbuslardan birinin ailə üzvü məlumat verib.

“Artıq bir neçə həftədir ki, su yoxdur. Buna görə dəhşətli antisanitariya şəraiti yaranıb. Tualetlər dolub, hər yer iylənir. Xəstəliklər baş alıb gedir. Həbsxanaya gündə cəmi yarım saat su verilir. Bu yarım saat ərzində bütün məhbuslar əllərində aftafa ilə su novbəsinə dururlar. Burada yüzlərlə məhbus saxlanılır. Növbə gəlib çatanadək su kəsilir. Məhbusların nə çimmək, nə də yuyunmaq üçün imkanı var”, – mənbə bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

Su probleminin səbəbi barədə sualı cavablandıran mənbə bildirir ki, təcridxananın rəhbərliyi bunu çobanların su xəttini deşməsi ilə əlaqələndirir.

“Məhbuslara deyirlər ki, çobanlar su xəttini deşiblər, ona görə su gəlmir. Amma əslində həbsxananın suyu buradakı daş karxanalarına verilir. Nəticədə məhbuslar əziyyət çəkir”, – mənbə bildirir.

Problemin səbəbini öyrənmək üçün 14 saylı cəzaçəkmə müəssisəsi ilə əlaqə saxladıq. Növbətçi hissənin əməkdaşı Elvin Fərəcov məlumatın yalan olduğunu söylədi.

“Yalan söhbətdi. Hər bir evdə olduğu kimi, burada da müvəqqəti su kəsilə bilər. Bir saat kəsilir, 23 saat su verilir”.

Qeyd edək ki, 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhbusların arasında vicdan məhbusu Mehman Hüseynov da var.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button