2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Mehman Hüseynovun tezliklə azad olunacağına ümid edirəm”

Səadət Bənanyarlı: “Mehmanın adam döydüyünə inanmıram”

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan bloger Mehman Hüseynovla görüşüblər.

Görüş haqqında Meydan TV-ə danışan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Mehman Hüseynovun tezliklə azadlıqda olacağına ümid edir:

“Mən onun haqqında açıqlan cinayət işinin obyektiv araşdırılacağına inanıram. Məsələ qanuni həllini tapacaq. Hazırda nəsə söyləməyim doğru olmazdı, təqsirsizlik prezumpsiyası var. Hər hansı bir məlumatın verilməsi, danışılması hüquq mədəniyyətindən uzaq məsələdir. Ancaq mən hər şeyin nəticə etibarı ilə yaxşı olacağına ümid edirəm”.

Saytların yığılması Saytlarin yigilmasi

“Siz ora öz təşəbbüsünüzlə getmişdiniz, yoxsa sizi görüşə göndərmişdilər”,- sualına Ə.Nuriyev cavab verib ki, İctimai Komitə üzvü olaraq istənilən vaxt istənilən cəzaçəkmə müəssisəsinə gedirlər:

“Ancaq İstintaq Təcridxanası fərqli rejimdə olduğundan müvafiq müraciətlər lazımdır. Çoxlu QHT, Şərq Tərəfdaşlığı Forumu Platformasının üzvləri bizə müraciət etmişdilər. Həm də vətəndaş, hüquq müdafiəçisi olaraq görüş üçün müraciət etdik. Nəhayət, Mehman Hüseynov ətrafında spekulyasiya yaranmışdı, doğru və yalan olan məlumatlar yayılırdı. Biz də mandatımız çərçivəsində görüşdük”.

“Hüquq müdafiəçilərinin Monitorinq Qrupu”nun təmsilçisi Səadət Bənənyarlı Mehman Hüseynovun haqqında açıqlan cinayət işi ilə bağlı Respublika Prokurorluğuna müraciət edəcəklərini söyləyib:

“Xahiş edəcəyik ki, işə obyektiv baxılsın. Mən Mehmanın adam döydüyünə inanmıram. Mehman özü də işi şər hesab edir”.

Səadət Bənənyarlı
Səadət Bənənyarlı

S.Bənanyarlı Mehman Hüseynovun aclığı dayandırdığını deyib:

“Aclığı dayandırıb. Bizim, 5 nəfərin yanında özü dedi ki, atasının gətirdiyi yoqurtu, kəsmiyi, başqa süd məhsullarını yeyib”.

Hüquq müdafiəçilərindən əvvəl Mehman Hüseynovla görüşən atası Rafiq Hüseynov isə Meydan TV-yə bildirmişdi ki, oğlu aclığı dayandırmayıb.

Hazırda məhbus həyatı yaşayan və azadlığına iki ay qalmış bloger Mehman Hüseynova qarşı yeni cinayət işi açılıb.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, M.Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinə etiraz əlaməti olaraq M.Hüseynov aclıq elan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button