24saat.org "Mehman mədəsindəki ağrılara görə süd məhsulları qəbul etməyə başlayıb" - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
“Mehman mədəsindəki ağrılara görə süd məhsulları qəbul etməyə başlayıb”

Ombudsman Aparatının nümayəndələri və vəkil Mehman Hüseynovla görüşüb

Yanvarın 7-də həbsdə olan bloger Mehman Hüseynovun vəkili Şəhla Hümbətova müvəkkilinə baş çəkib. Vəkil bildirib ki, Mehman müalicə müəssəsinə köçürülməyib. O, 1 saylı İstintaq Təcridxanasındadır:

“Ombudsman Aparatının nümayəndəsi və həkimi də təcridxanada onunla görüşüb. Mehman bildirdi ki, mədəsində olan ağrılara görə süd və duru süd məhsullarını qəbul etməyə başlayıb”.

Yanvarın 7-i səhər isə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına baş çəkiblər. Bu barədə Ombudsman Aparatının yanvarın 7-də yaydığı məlumatında bildirilir.

“MPQ-nin rəhbəri və həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində bu müəssisədə saxlanan Mehman Hüseynov da konfidensial qaydada qəbul olunub. Müraciəti dinlənilib, qida qəbul etməsi və sağlamlıq durumu ilə bağlı vəziyyəti özünün iştirakı ilə müəssisənin həkimi dəvət olunmaqla yerində araşdırılıb. Müşahidə nəticəsində məlum olub ki, M.Hüseynov qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır”, -açıqlamada deyilir.

Məlumatda həmçinin qeyd edilib ki, M.Hüseynovun Ombudsmana ünvanladığı yazılı müraciəti baxılmasından ötrü Baş Prokurorluğa göndərilib. Müraciətin detalları isə açıqlanmayıb.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib. O, bu ilin martında azadlığa buraxılmalı idi.

Ötən ayın 26-da ona yeni ittiham irəli sürülüb. Penitensiar Xidmətin mətbuat xidmətinin bildiriblər ki, o, cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirib. M. Hüseynov isə ittihamın saxta olduğunu deyib. O, buna etiraz olaraq, 12 gün əvvəl aclıq aksiyasına başladığını bəyan etmişdi.

24saat.org

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.