2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mehman Qələndərovun intihar ilə bağlı – Prokurorluqdan açıqlama

Baş Prokurorluq Qələndərov Mehman Hüseyn oğlunun intihar etməsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilməklə məhkəmə tibbi ekspertizası təyin olunub.

Qeyd edək ki, M. Qələndərov aprelin 28-də 1 saylı Bakı İstintaq Təcridxanasında intihar edib. Onun barəsində Nəsimi məhkəməsi tərəfindən 3 aylıq həbs qətimkan tədbiri seçilib. M. Qələndərov Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ittiham olunub.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button