2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mehman Qələndərovun öldürülməməsini necə sübut edə bilərlər?

Cəmil Həsənli

Son illərdə siyasi mülahizələr və saxta ittihamlarla həbs edilmiş şəxslərin böyük əksəriyyətinin məhkəmə proseslərində iştirak etmişəm. Bu proseslərdə təqsirləndirilən şəxslərdən və şahid ifadələrindən gəldiyim başlıca nəticə bu olub: Daxili İşlər Nazirliyi, istintaq orqanları, xüsusilə xalq arasında “Bandotdel” deyilən idarə konstitusiyon nəzarətdən çıxıb. Bu fikri Mehman Qələndərovun faciəsindən öncə dəfələrlə mətbuata verdiyim müsahibələrdə və yazılarda, o cümlədən “Turan” agentliyinin “Çətin sual” video proqramında ifadə etmişəm. İstintaq altında olan bloger Mehman Qələndərovun istintaq təcridxanasında müəmmalı şəkildə “intihar” etməsi bu fikri bir daha təsdiq edir.
Baş prokurorluq və əlaqədar orqanlar öz açıqlamalarında bütün vasitələrlə işi “intihar” versiyasına yönəldir. Hətta, Mehman Qələndərovun ölümü ilə bağlı tibbi ekspertizası təyin olunub – deyirlər. Kim aparacaq o tibbi ekspertizanı? Biz siyasi zəmində keçirilən məhkəmə proseslərində həmin tibbi ekspertiza orqanlarının istintaqın quraşdırdığı saxta cinayət işlərinə necə saxta rəy tərtib etdiklərini dəfələrlə görmüşük. Həmin ekspertiza idarələri son illər konstitusiyon nəzarətdən çıxmış polis və prokurorluq orqanlarının, keçmiş MTN-in cinayət ortağına çevrildiyin kim bilmir ki?
Baş prokurorluq və Penitensiar Xidmət Kürdəxanı istintaq təcridxanasının iki yerlik 56-cı kamerasında Mehmanın mələfə vasitəsi ilə özünü asmasında israr edir. Həmin kamera yerindədir, yəqin ki, mələfə də tapmaq olar. Görən bu idarələrdən kimsə jurnalistlərin qarşısında məhbusun özünü asma mexanizmini əyani şəkildə həmin kamerada nümayiş etdirə bilərmi?
Son illər ölkədə intihar halları çoxalıb. Lap hesab edək ki, siyasi məhbus Mehman Qələndərov da özünü “intihara” qərar verib. Bəs onda onun ölüm faktını gizlətmək, yüksək dövlət orqanı tərəfindən ictimaiyyətə yalan məlumat vermək nə ilə izah edilməlidir? Bu suala aydınlıq gətirilməlidir ki, “intihar” etdiyi iddia edilən siyasi məhbus niyə gizlin dəfn olunub? Əgər işin müəmmalı tərəfi yoxdursa, doğru yolla, qanunun tələbləri, milli adət-ənənələr çərçivəsində düzgün icra edilməli olan proseduralar niyə əyri yolla icra edilib?
Mehman haqqında saxta narkotika ittihamı ilə 3 aylıq həbs qəti imkan tədbiri seçilmişdi. Mayın 6-da bu 3 aylıq müddət tamam olacaqda. O, çox az adamlardan idi ki, haqqında məhkəmə hökmü olmadan siyasi məhbus kimi tanınmışdı. Çünki onun bloger fəaliyyəti, çəkdiyi karikaturalar, ailə-klan hakimiyyətinə qarşı dirənişi, monarxiya cəhdləri əleyhinə fəalığı, Heydər Əliyevin heykəlinin üzünə “ağ olması”, Qiyas və Bayram olmaq əzmi bunu zəruri etmişdi.
Mehmanın işini araşdırmaq istəyən orqanlar, əgər bunu doğrudan da istəyirlərsə, ilk növbədə onun nə üçün saxta natkotika ittihamı ilə həbs olunmasına aydınlıq gətirməlidir. Hər şey burada başlanır. Mehman Qələndərov ali psixoloq təhsili olan, uzun illər yüksək təhsil müəssisəsində dərs demiş, gənclərə tərbiyə vermiş adam idi. Onu necə narkotikada ittiham etmək olardı? Son illərdə DİN orqanlarında saxta cinayət işlərinin quraşdırılması və işgəncələr yolu ilə təsdiqedici ifadələrin alınması adi hala çevrilib. Çox güman ki, 40 yaşlı Mehman da istintaq orqanlarının zorakılığının, işgəncələrin, insan ləyaqətini alçaltmalarının qurbanı oldu. Onun bədənində işgəncə izlərinin olmasını Qələndər Muxtarlı ilk açıqlamasında aydın şəkildə ifadə etmişdi. Bütün rəsmi versiyalar bu faktı gizlətmək üzərində qurulub.
Axı, son illərdə DİN, xüsusilə onun “Bandotdel” deyilən idarəsində Azərbaycan vətəndaşlarına qarşı mükəmməl işgəncə metodları bərqərar edilib, müasir zorakılıq avadanlığı və aparatı yaradılıb. Hətta, hazırkı işgəncə və zorakılıq metodlarına, saxta cinayət işlərinin quraşdırılma texnalogiyalarına görə ötən əsrin 30-40-cı illərində Azərbaycan Daxili İşlər Orqanlarına rəhbərlik etmiş Xoren Qriqoryan belə, cənab Ramil Usubova həsəd apara bilər.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button