2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

‘Mehman Qələndərovun ölüm işi araşdırılır’

“Baş Prokurorluq Mehman Qələndərovun işi üzrə ilkin araşdırmanı davam etdirir”.

Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Prokurorluq bildirir ki, araşdırmaların nəticələrindən asılı olaraq, qanun çərçivəsində qərar qəbul ediləcək.

Baş Prokurorluq bu məlumatı 1 saylı Kürdəxanı istintaq təcridxanasında intihar etdiyi bildirilən bloqqer Mehman Qələndərovun ölümünün araşdırılmasına ictimai nəzarət məqsədilə formalaşdırılmış Preventiv Reaksiya Qrupuna (PRQ) göndərib.

PRQ mayın 2-də Baş Prokurorluğa məktubla müraciət edərək Qələndərovun intihar etməsi haqqında versiyanın şübhəli olduğunu ifadə etmişdi. Məktubda M.Qələndərovun həbsinin siyasi məzmunlu olması, işgəncələrə məruz qalması iddia olunub.

Bu il fevralın 7-də M.Qələndərovun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, hazırlama və satma) ittiham olunub.

Həbs günü M.Qələndərov “Facebook” səhifəsində yazmışdı: “Hamımız Qiyas (Heydər Əliyevin abidəsinə şüar yazdığı bildirilən Qiyas İbrahimli nəzərdə tutulur. 10 il azadlıqdan məhrum edilib – red.) kimi olaq. Qul olma!”

Bundan bir saatdan sonra polis əməkdaşları M.Qələndərovun kirayədə yaşadığı mənzilə gələrək onu tutublar.

Nəsimi rayon Məhkəməsi M.Qələndərovun istintaq müddətində 3 ay həbs edilməsi haqqında qərar verib.

Bu il aprelin 28-də 1 saylı Bakı İstintaq Təcridxanasında O, müəmmalı şəkildə vəfat edib.

Amma, bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Baş Prokurorluqla birgə yaydığı bəyanatda olay intihar halı kimi dəyərləndirilib.

“Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə meyit müayinə olunması üçün Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə göndərilib. İlkin müayinə zamanı meyitin bədəni səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib”, – deyə açıqlamada qeyd edilib.

M.Qələndərovun istintaq təcridxanasında ölümü faktı üzrə Bakının Sabunçu rayon Məhkəməsi aprelin 28-də Azərbaycan CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi açıb.

Mayın 1-dən isə istintaqı Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsi davam etdirir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button