SEÇMƏ

Mehman Qaraxanoğlu: “Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir”

Yayımlandı: 27 Oktyabr 2022 17:05

Tənqidçi Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina etdi

“Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir. Bütün bunlara etiraz olaraq qurumun üzvlüyündən imtina edirəm”.

Bunu tənqidçi Mehman Qaraxanoğlu “Facebook” səhifəsində yazıb.

O, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyündən imtina etdiyini bildirib.

Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında rəzilliklər, ləçərliklər, simasızlıqlar, avtoritar oyunbazlıqlar, planlaşdırılmış maskaradlar, ədəbi diktatura yaratmaq çabaları, demokratik fikirli istedadlara qarşı gizli sövdələşmələr, proletar təfəkkürünə amansız qayıdışı və milli-tarixi yaddaşın qəddarlıqla qapadılmasını səciyyələndirən əsas cəhətlər idi”, – tənqidçi yazıb.

2022-ci il oktyabrın 26-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçirilib və Xalq yazıçısı Anar yenə də Birliyin sədri seçilib.

Meydan TV

Gözdən qaçırmayın:  ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ukraynaya gedib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button