Mehriban Əliyevanın tərəfdarı olduğunu deyən şəxs 14 yaşlı qıza hücum edib - 24 saat xəbərlər
Now Reading:
Mehriban Əliyevanın tərəfdarı olduğunu deyən şəxs 14 yaşlı qıza hücum edib
Full Article 50 second read

Mehriban Əliyevanın tərəfdarı olduğunu deyən şəxs 14 yaşlı qıza hücum edib

Tural Qarayev adlı şəxs AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Sənay adlı məktəbli qızın bu gün Elmlər metrostansiyası yaxınlığında önünü kəsib, təhqir edib və zorakılıq edib (başı və burnuna zərbə vurub).

Hadisə anba-an zərəçəkmiş tərəfindən videoqeydə alınıb.

Bu haqda videonu zərəçəkmişin anası Zümrüd Yağmur öz facebook səhifəsində paylaşıb.

Zərəçəkmişə hücum çəkmiş şəxs Mehriban Əliyevanın tərəfdarı olduğunu bildirib və dəfələrlə təhqirə yol verib.

Jurnalist Həbib Müntəzir həmin şəxsin
12 yanvar 1991 təvəllüd, YAP üzvü Tural Qarayev olduğunu bildirib.
“Bu yaxında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov keçmiş heykəl məhbusu Qiyas İbrahimə otağına çağırıb demişdi ki, elə etməyin küçədə gəzəndə prezidentin, ailəsinin fanatları yaxınlaşıb sizə nəsə edər. Deməli həmin o fanatlar artıq yavaş-yavaş hərəkətə keçirlər”. – deyə Müntəzir xüsusi qeyd edib.

Zərərçəkmiş şəxs Elina Hacıyevanın anım gününün təşkilatçılarından biri sayılır. Daha əvvəl Elina Hacıyevanın rəfiqəsi də ona qarşı təhdid ismarıclarının olduğunu bildirmişdi.

Input your search keywords and press Enter.