2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Mehriban Əliyevanın prezident seçkisi niyə təxirə salındı?

Deyəsən son zamanlar Əliyevlər cütlüyünün işləri yolunda getmir. Adamlar “islahat” deyə-deyə vaxtı irəli çəkib tələm-tələsik seçki keçirdilər, özlərini elə-aləmə rəzil etdilər. Növbədənkənar seçki qutusunun başında nə oyunlar oynandığını gördünüz. Bu boyda həngamədən sonra “islahatçı” parlamentin 95% əvvəlki tərkiblə geri döndüyünü də gördünüz. Üç ay əvvəl növbədənkənar seçkini islahatın bir mərhələsi kimi qələmə verməyə çalışan Əliyevin yalanına da rüsvayçı nəticələrlə nöqtə qoyulmuş oldu. Mehriban Əliyevanın öz klanından ibarət formalaşdırmaq istədiyi parlament ansamblı da alınmadı. Cütlüyün islahat şousunun ikinci mərhələsi isə başqa bir səbəbdən baş tutmadı. Bildiyiniz kimi, xeyli vaxtdır hakimiyyət mətbəxindən parlament seçkilərinin ardınca növbədənkənar prezident seçkilərinin keçiriləcəyi xəbərləri gəlir. Ortada ailənin gizli bir planı var. Hansı səbəbdənsə hakimiyyəti xanım Əliyevaya ötürmək zərurəti yaranıb. Amma deyəsən gözlənən plan alınmadı. Hakimiyyət mətbəxindən gələn xəbərlərə görə, işlərin yolunda getməsinə bir yandan köhnə komanda, bir yandan da koronavirus əngəl olub. Əliyevlərin aprelə nəzərdə tutduğu prezident seçkiləri hələlik təxirə salınır. Xəbər verən mənbə seçki planının dünyanı təhdid edən qrip virusu üzündən ertələndiyini bildirir. Ancaq məlum olduğu kimi, xanım Əliyevanın diktator ərinin yerinə keçməsi hakimiyyət daxilində belə çoxlarının ürəyincə deyil və çox ehtimal ki, işin uzanmasında bu amil də az rol oynamayıb.

Əslində, payızdan üzü bəri revanş götürən Əliyevlər cütlüyünün planı daha uzağa hesablanmışdı. Hakim ailə noyabra gözlənən parlament seçkilərini 9 ay qabağa çəkməklə, oyunu daha sakit şəraitdə oynamaq istəyirdi. Çünki onlar da payızda baş verə biləcək sosial gərginlik şəraitində seçki keçirməyin xeyli çətin olacağını anlayırdı. Hər kəs bilir ki, ölkə çoxdan partlamaq dərəcəsinə çatmış barıt çəlləyinə bənzəyir. Keçən il on minlərin “Məhsul” stadionunda keçirilən 19 yanvar mitinqindən sonra hakimiyyət bunu daha dərindən anlamış oldu. O gündən dinc toplaşmaq azadlığının qadağan olunması da həmin qorxunun nəticəsidir ki, indiyədək davam edir. Durum isə gündən-günə daha da pisləşir. Son günlər dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi isə daha bir devalvasiyanın qapıda dayandığını xəbər verir. Şübhəsiz ki, bu qlobal böhran təkcə bizi deyil, bütün dünyanı vuracaq. Əlbət ki, belə iqtisadi tənəzzüllər zamanı bütün ölkələr az və ya çox dərəcədə zərər çəkir. Amma bənzər durumlara hazır olmayan ölkələrin böhrandan daha böyük itkilərlə çıxacağı da kimsədə şübhə doğurmur. On illərdir bacarıqsız, talançı və zorakı bir rejimin əlində əsir qalan Azərbaycan məhz belə dayanıqsız ölkələr sırasında yer alır. Ölkə hələ əvvəlki illərin devalvasiyalarından aldığı yaraları sağaltmayıb. Bahalaşma, işsizlik, müflisləşmə bütün sahələri cənginə alıb gedir. İqtisadiyyatı tam şəkildə neftdən asılı etmiş hakimiyyətin də qapını kəsdirmiş iqtisadi fəlakətə qarşı heç bir immuniteti yox. Adamların hakimiyyət hərisliyindən başları açılmır ki, bir az da ölkəni gözləyən bəlalar haqqında düşünməyə vaxtları olsun.

Saytların yığılması Saytlarin yigilmasi

Xülasə, xalqın başı dərddə. Ölkə üçün real təhlükəyə çevrilən ailə hakimiyyəti bəlasının sırasına koronavirus və devalvasiya da gəlir. Qarşıda Azərbaycanı böyük sınaqlar gözləyir. Bu sınaqlardan kimin qazanclı çıxacağını demək çətindir. Amma ölkədə baş verənlər hakimiyyəti ailənin yeni bir üzvünə ötürmək istəyənlərə də yaxşı heç nə vəd etmir. Ümumiyyətlə, Əliyevlərin çoxdan planladığı o seçki baş tutacaqmı? Düşünürük, bu sualın cavabı üçün də çox gözləməyə ehtiyac qalmayacaq.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button