2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Mehriban düşmənlər – Moskva görüşünə OPERATİV ŞƏRH

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti iki günlük səfərlə Moskvaya gedib. O, prezident Vladimir Putinlə görüşüb, daha sonra Baş nazir Mixail Mişustin, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşləri nəzərdə tutulub. Səfər çərçivəsində Paşinyan Nijni Novqorod şəhərinə də baş çəkəcək.

Günün ikinci yarısı Rusiya paytaxtında olan Paşinyan iş saatını bütünlüklə Kremldə V.Putinlə görüşə həsr edib. Görüşdə diqqətçəkən məqamlardan biri Rusiya rəhbərinin erməni qonağı uzun masa arxasında deyil, normal iş rejimində qəbul etməsi idi. Jurnalistlərin salonda olduğu dəqiqələrdə prezident və Baş nazir müzakirə edəcəkləri  mövzulardan danışıblar.
Vladimir Putin deyib ki, onlar digər məsələlərlə yanaşı, təhlükəsizlik və Qarabağ mövzularını da müzakirə edəcəklər. “Bu mövzuda bir çox problemlər hələ də qalmaqdadır” – o vurğulayıb.

Nikol Paşinyan isə deyib ki, Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağın təhlükəsizliyini təmin edir. Baş nazir Qarabağda hərbi əməliyyatların dayandırılmasında Rusiya prezidentinin şəxsi rolunu vurğulayıb: “Yerevanla Moskva arasında münasibətlər çox yüksək səviyyədədir. Rusiya Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində əsas rol oynayır”.

Saytların yığılması Saytlarin yigilmasi

Görüşdən sonra Rusiya və Ermənistan arasında enerji, sosial, mədəni, informasiya təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb. Bundan əlavə, Yerevan və Moskva enerji layihələrinin həyata keçirilməsində hərtərəfli əməkdaşlıq proqramına imza atıblar.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər çoxşaxəli imtiyazlı müttəfiqliyini daha da gücləndirəcəyinə əmin olduqlarını bildiriblər. İki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın yüksək səviyyədə olduğu da qeyd edilib.

Rusiya və Ermənistan rəhbərləri bəyan ediblər ki, iki ölkənin dəmir yolu infrastrukturunun, o cümlədən Zəngəzurda və respublikanın digər bölgələrində dəmir yolu xəttinin bərpası layihələrində iştirak etməyə hazırdırlar.

“Liderlər Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Biz Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında mütəmadi görüşlər çərçivəsində konstruktiv işin davam etdirilməsinin və üç ölkə liderinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərinin ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarıyıq. Regionda sabitliyinin, təhlükəsizliyin və iqtisadi inkişafının təmin edilməsi vacibdir”, – deyə, Kremlin yaydığı məlumatda qeyd olunur.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin təhlükəsizliyin təmin edilməsinə  həlledici töhfə verdiyi vurğulanıb. Onlar təxirəsalınmaz humanitar vəzifələrin tezliklə həllinin, iki ölkə arasında münasibətlərin nizamlanmasının siyasi və diplomatik vasitələrlə həllinin zəruriliyini vurğulayıblar. Bu kontekstdə ATƏT-in Minsk Qrupunun Həmsədrlik İnstitutunun beynəlxalq mandatına uyğun olaraq, onun potensialından və təcrübəsindən istifadənin vacibliyi qeyd edilib.

Daha sonra Putin və Paşinyan Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupunun fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Tərəflər Azərbaycan və Ermənistan arasında və bütövlükdə regionda münasibətlərin normallaşmasına kömək etmək məqsədilə Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın intensivləşdirilməsi barədə razılığa gəliblər.

“Biz humanitar problemlərin həllində və hərtərəfli yardımın göstərilməsində bütün maraqlı oyunçuların, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsinin və BMT-nin ixtisaslaşmış qurumlarının, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və YUNESKO-nun iştirakının vacibliyini qeyd etdik”, – Kremldən verilən açıqlamada bildirilir.

Qeyd olunur ki, Putin və Paşinyan Rusiyanın yardımı ilə başlayan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayıblar: “Tərəflər regionun bütün ölkələri arasında dialoqun və çoxşaxəli əməkdaşlığın təşviqi üçün əlavə imkanlar təmin etmək üçün nəzərdə tutulmuş 3+3 Regional Məşvərət Platformasının uğurla işə salındığını qeyd ediblər”.

Paşinyan Rusiya rəhbərini 2022-ci ilin ikinci yarısında KTMT-nin İrəvanda keçiriləcək sessiyasına dəvət edib. “Putin dəvəti qəbul edib” – deyə, Kreml bildirir.

Görüşün nəticələrini şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Kremldən Putin-Paşinyan görüşünə dair yayılan açıqlama boş söz yığınından ibarətdir: “İl yarımdır Kreml eyni məzmunlu xəbərlər yayımlayır, ancaq ortada ciddi nəticə yoxdur. Kremlin vasitəçiliyi ilə nə sərhədlərin müəyyənləşməsiylə bağlı danışıqlar intensivləşib, nə də kommunikasiya xətlərinin açılması istiqamətində irəliləyiş əldə edilib. Nikol Paşinyanın və daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qısa müddət ərzində Moskvaya çağırılmasının tək səbəbi var: Kreml Avropa İttifaqının vasitəçiliyini əngəlləmək istəyir. Brüssel Kremlin planlarından xəbərdardır və bilir ki, Moskva İrəvana təzyiq etməklə gedişatı poza bilər. Təsadüfi deyil ki, Nikol Paşinyan Moskvaya yollanmazdan əvvəl Avropa İttifaqının rəhbəri Şarl Mişel ona zəng edib və izah edib ki, Kremlin Brüsselin planlarını pozmağa imkan verməsin. Şarl Mişel Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaarı Bakıya göndərib. O, bu gün prezident İlham Əliyevlə görüşüb. Rəsmi Bakı Brüsselin vasitəçiliyinə önəm verir. Paşinyan da Brüsselin vasitəçiliyindən faydalanmaq istəyir, sadəcə, ölkəsinin ağasından çəkinir”.

Turqut

24 saat” “Mehriban düşmənlər – Moskva görüşünə OPERATİV ŞƏRH” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button