2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Mehriban Əliyeva “İçərişəhər”dəki vəziyyətdən danışdı

“İçərişəhərdə, qala divarlarının yanında indiyə qədər olan obyektlər hansı hündürlükdə idisə, o vəziyyətdə də olmalıdır”, Birinci vitse-prezident Mehriban Əliyeva BBC News Azərbaycancaya bildirib.

Bakının “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda qala divarlarına metal konstruksiyadan divar hündürlüyündə qurulmağa başlamış tikili ictimaiyyətin diqqətini çəkib və paytaxt sakinləri tarixi abidələrin qorunmamasına diqqət yönəldiblər.

Mehriban Əliyeva BBC News Azərbaycancaya eksklüziv müsahibəsində bildirib ki, “qala divarlarının görünüşünü heç nə kəsə bilməz”.

Saytların yığılması Saytlarin yigilmasi

Birinci vitse-prezident bildirib ki, İçərişəhər hər zaman sakinlər və turistlər üçün populyar yer olub, yalnız “yararsız vəziyyətə gələn binaların yenidən, çox hündür konstruksiyadan bərpası həyata keçirilib.

O vurğulayıb ki, İçərişəhərin “hər qalası, divarı, hər bir daşı dövlətin” diqqətindədir: “Vaxt vardı ki, İçərişəhər məhz burda olan nöqsanlara görə, UNESKO-nun qara siyahısına salınmışdı. Ondan sonra bir çox tədbirlər həyata keçirildi, xarici ekspertlər dəvət olundu, onların rəyini aldıq, onların dəstəyi ilə bütün nöqsanları aradan qaldırdıq”.

Mehriban Əliyeva

Bəs İçərişəhərdə nə baş verir?

Bir neçə gündür ki, qala divarları boyunca əvvəl taxtadan olan obyektlər sökülüb yerində daha hündür metal kostruksiya quraşdırılır.

Tikinti qala divarlarının bir neçə santimetrliyində aparılır. Bu obyektin gələcəkdə nə olacağı barədə ictimaiyyətə geniş məlumat verilməyib. Kənardan görünənlərə görə, bu tikili əvvəlkindən daha hündür olacaq və qala divarlarının kənardan görünməsinin qarşısını kəsəcək.

Sosial media istifadəçiləri İçərişəhərdə qoruğun qədimliyini pozan hər hansı konsktursiyanın əleyhinədir və düşünürlər ki, ümumiyyətlə qala divarlarının qarşısını heç bir kafe-restoran və dükanla kəsmək olmaz.

İçərişəhər qala divarları

“Restoran-kafeləri azaltmaq lazımdır”

Sənətşünaslıq üzrə elmlər doktoru, memar Elçin Əliyev BBC News Azərbaycancaya bildirib ki, qala divarlarının qarşısında tikilən yüngül konstruksiyalı restoran nə qədər gözəl olsa da, “divardan vacib” deyil.

“Mən görürəm ki, tikilən konstruksiya divardan yüksəkdir və divarı örtür. Deməli, bu halda komersiya maraqları bizim tariximizdən vacibdir. Həmin restoran söküləndə mən sevinmişdim, sonradan gördüm ki, orda daha gərgin vəziyyət yaranır”.

Onun fikrincə, rəsmi qurumlar İçərişəhərdə yeni tikintilərin olmayacağını bəyan etsə də, buna əməl etmirlər: “Hər dəfə yeni binalar ucaldılır, özü də daha hündür mərtəbəli binalar olur”.

Memar deyir ki, onda İçərişəhərin əvvəlki vaxtlarının fotoları var: “Mən o şəkillərlə indiki vəziyyəti müqayisə edəndə nə qədər böyük fərq olduğunu görürəm”.

Elçin Əliyev hesab edir ki, İçərişəhərdə restoran-kafelərin sayını çoxaltmaqdansa, azaltmaq lazımdır.

O, İçərişəhər qoruğunun qorunmasının təkcə rəsmi qurumların yox, hər kəsin borcu olduğunu da əlavə edir.

24saat

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button