2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Mehriban və İlham Əliyevlərə görə artan intiharlar

Həqiqətən, bir ölkədə insanlar necə yaşayırsa, dünyadan da bənzər şəkildə köçüb gedirlər. Bu mövzuda Alber Kamyunun məşhur sözlərini təkrar xatırlatmaq yerinə düşər: “Bir ölkəni tanımaq istəyirsinizsə, o ölkədə insanların necə öldüyünə baxın”. Ölkəmizdə insanlar on illərdir necə yaşayır? Əsəb, stress, yoxsulluq və ümidsizlik içində. Şübhəsiz, Əliyevlər ailəsinin ölkəyə gətirdiyi anti-insani idarəetmənin həyatımızda açdığı yaralar hələ uzun zaman özünü göstərəcək. Onlar çıxıb getdikdən sonra belə o yaraları sağaltmaq üçün zaman tələb olunacaq. İllik qazancı milyardlarla ölçülən neft ölkəsinin yoxsulluq səviyyəsi, işsizlik, evsizlik, varlılarla kasıblar arasındakı təbəqələşmə necə təsir etməlidir ki, insanların həyatına? Məgər 7-8 milyon əhalinin yaşadığı bir ölkədə baş alıb gedən intiharların say artımı da bu səbəblərlə bağlı deyilmi? Son illər ölkə insanlarının kütləvi şəkildə mühacirətə üz tutmasının da kökündə bu amillər dayanmırmı? İlham və Mehriban Əliyevlər cütlüyü bu ölkədə insanların bütün ümidlərinin məhv olması üçün əllərindən gələn hər şeyi ediblər. İnanın, Azərbaycan tarixi bu diktator ər-arvadın idarəçilik tarixindəki qədər depressiya və mənəvi deqradasiyanı nə görüb, nə də görəcək. Məhz bunların zorakı hakimiyyəti sayəsində ölkə insanları taleyin ümidinə buraxılmış, sahibsiz, məzlum topluma çevrilib.

Sosial şəbəkələrdən istifadə edən şəxslər yaxşı bilir, ölkədə intihar hadisəsi baş verməyən həftəyə az hallarda rast gələrsiniz. Bu hadisələrlə bağlı faktlar, həqiqətən, ölkədə ürəkaçan olmadığını deməyə əsas verir. Məsələn, 2017-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin məlumatına görə, ölkədə 495 intihar hadisəsi baş verib. Bu, təqribən hər 3 gündə 4 intihar hadisəsi deməkdir. 2018-ci ildə rəqəmlər bir az da artaraq 512 nəfərə çatıb, 2019-cu ilin ilk 7 ayında isə 316 intihar faktı qeydə alınıb. Acınacaqlıdır və ekspertlər özləri də əhalisi sayca çox olmayan bir ölkədə bu qədər intiharların dəhşətli nəticə olduğunu etiraf edir. Bilirsiniz, hakimiyyət rəsmiləri hər dəfə intihar hadisələrinin əhalinin yaşayış səviyyəsi ilə bağlılığını inkar etməyə çalışır. Amma araşdırmalar göstərir ki, əksinə, bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycanda baş verən intiharların kökündə əsasən yoxsulluq dayanır. Depressiya və psixoloji amillərlə bağlı faktlar müqayisədə xeyli azlıq təşkil edir.
Ekspertlər qeyd edir ki, ölkədəki özünə qəsdlər daha çox maddi imkansızlıqdan olur, intihar edənlərin əksəriyyəti əhalinin yoxsul təbəqəsinə aiddir. Ən təəssüf doğuran bir hal da odur ki, son vaxtlarda daha çox gənclərin, anaların, ataların özünə qəsd etməsinin şahidi oluruq.

Saytların yığılması Saytlarin yigilmasi

Son illərin ən dəhşətli intihar hadisələrini xatırlayın. Ağsunun İlxıçı kəndində yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edən 36 yaşlı ananı xatırlayın. Bilirsiniz, o niyə intihar etmişdi? 280 manat işıq pulu borcunu ödəyə bilmədiyinə görə. İsmayıllı rayonunda məktəbli çantası olmadığı üçün özünü asan 11 yaşı məktəblini xatırlayın. Kredit borcunu ödəyə bilmədiyi üçün özünü yandıran, körpüdən asan Qarabağ qazilərini xatırlayın. Maddi sıxıntılar üzündən özünü binalardan atan gəncləri xatırlayın. Xəstə mənəviyyatların qurbanı olan Elinanı, Sevinci, Səbinəni, Məliki, Mövludu xatırlayın. Bunların ölümünün səbəbkarı sizsiniz, diktator Əliyevlər. Bu qeyri-insani mühiti siz yaratdınız. Zorakı, zorba idarəçiliyi siz gətirdiniz ölkəyə. İnsanların arzularını, ümidlərini siz qırdınız, həyatlarını siz parçaladınız. Nə qədər məsumun, günahsızın, məzlumun, çarəsizin ahı üstünüzdədir, bilirsiniz? Bir gün bu etdiklərinizə görə cavab verəcəksiniz. Hara dönsəniz, ədalət mühakiməsi yaxanızı buraxmayacaq. Bunu heç unutmayın!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button