Bizim tərcüməDünya

Meksika 6,2 bal gücündə zəlzələ ilə sarsıldı!

Meksikanın Aşağı Kaliforniya ştatı sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Meksika Milli Seysmoloji Xidmətinin verdiyi açıqlamada yerli vaxtla saat 10:39-da Aşağı Kaliforniya sahillərində 6,2 bal gücündə zəlzələnin baş verdiyi bildirilib.

Zəlzələnin episentrinin Sakit okeanda, Aşağı Kaliforniya ştatında yerləşən Visente Qerrero şəhərindən 37 kilometr qərbdə yerləşdiyi bildirilir.

Zəlzələnin ABŞ sərhədi yaxınlığında baş verdiyi üçün Kaliforniyanın San Dieqo şəhərində hiss edildiyi bildirilib.

Zəlzələ nəticəsində indiyədək hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmayıb. (İHA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Macarıstan baş nazirinin şərfi diplomatik qalmaqal yaratdı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button