2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaSiyasət

Meksika prezidenti Trampla görüşdən imtina etdi

Meksika prezidenti Enrike Penya Nyeto ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-a yanvarın 31-nə planlaşdırdığı səfərini ləğv edib.

Virtualaz.org-un xəbərinə görə, bu barədə Enrike Penya Nyeto Twitter səhifəsində bildirib: “”Biz bu səhər Ağ Evi növbəti çərşənbə axşamı prezident Tramp ilə planlaşdırılan işgüzar görüşdə mənim iştirak etməyəcəyim barədə məlumatlandırdıq”.

Saytların yığılması Saytlarin yigilmasi

Buna baxmayaraq, Meksika prezidenti qonşu ölkə ilə dialoqa hazır olduğunu vurğulayıb: “Meksika hər iki ölkəyə fayda gətirəcək sazişlərin əldə olunması üçün ABŞ-la işləmək niyyətində olduğunu bir daha bildirir”.

Qeyd edək ki, Donald Tramp yanvarın 25-də Meksika ilə sərhəddə divarın ucaldılmasına dair fərman imzalamışdı. Sonra Meksika prezidenti həmin divarın tikintisini maliyyələşdirməyəcəyini bəyan etdi.

Bunun qarşılığnda D.Tramp konkret şərt qoydu: “Əgər Meksika bu qədər vacib bir divarın inşası üçün vəsait ödəmək istəmirsə, onda gözlənilən görüşü təxirə salmaq daha yaxşıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button