Noyabrın 26-da Meksikanın Nuevo Leon əyalətinin Eskobedo şəhərində mobil telefon tətbiqi ilə çağırılan taksiyə mindikdən sonra itən 19 yaşlı 8 aylıq gənc qadının cansız bədəni günlər sonra tapılıb. Nuevo Leon Əyalət Baş Prokurorluğundan verilən açıqlamada, 8 aylıq hamilə olan Martha adlı gənc qadının cəsədinin öldürülən başqa bir qadının cəsədi ilə birlikdə anbarda tapıldığı bildirilib.
Martanın körpəsinin oğurlandığını və onun boğularaq öldürüldüyünü açıqlayan Baş Prokurorluq, öldürülən digər qadının Marta ilə taksidə gedən 34 yaşlı dostu Klaudiya olduğunu bildirib. Oğurlanan körpənin taleyi hələlik məlum olmasa da, Baş Prokurorluq hadisə ilə bağlı istintaqın qadın qətli çərçivəsində aparıldığını və oğurlanmış körpənin axtarıldığını bildirib. (İHA)
Tərcümə“24 SAAT”
You must log in to post a comment.