Bizim tərcüməDünya

Meksikada inanılmaz hadisə! Xalq bələdiyyə başçısını qaçırdı! Onlar yandıraraq öldürməklə hədələyiblər

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Meksikanın Puebla əyalətində yerləşən Tepeyahualko şəhərində təxminən 100 nəfərlik qrup bələdiyyə rəhbərliyinin bölgədə baş verən meşə yanğınına kifayət qədər müdaxilə etmədiyini əsas gətirərək etiraz aksiyası təşkil edib.

Şəhər meriyasının qarşısına toplaşan etirazçılar bölgədə böyük bir ərazidə dağıntılara səbəb olan yanğına uzun müddət müdaxilə edilmədiyini bildirərək, səlahiyyətlilərdən izahat tələb ediblər. Bir neçə saat sonra Tepeyahualko şəhərinin meri Monika Martinez və bəzi şəhər məclis üzvləri etirazçılarla görüşmək üçün meriyaya gəliblər. Hakimiyyət ictimaiyyətlə görüş zamanı razılığa gələ bilməyəndə 30 nəfərlik qrup bələdiyyə sədri Monika Martinez və şəhər şurasının üzvlərini etirazçılar arasından qaçırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bələdiyyə sədrinin və digər rəsmilərin istefasını tələb edən etirazçılar tələbləri yerinə yetirilməsə onları yandırıb öldürəcəkləri ilə hədələyiblər. Puebla əyalətinin daxili işlər naziri Julio Roberto Gomez verdiyi açıqlamada Puebla əyalətinin polisinin Tepeyahualko şəhərində əməliyyat keçirəcəyini və qaçırılan məmurların xilas ediləcəyini bildirib. (İHA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button