2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Meral Akşener “Altılı masa”nı tərk etdi

Yayımlandı: 3 Mart 2023 20:30

O, Mansur Yavaş və Əkrəm İmamoğlunu namizəd olmağa çağırıb

İYİ Partiyasının sədri Meral Akşener “Altılı masa”dan ayrılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Akşener görüşdən sonra deyib ki, onun təklifləri masa tərəfindən rədd edilib.

Onun sözlərinə görə, dünən keçirilən iclasda 5 siyasi partiya Kılıçdaroğlunun namizədliyi üzərində dayanıb, amma o, bu təklifi qəbul etməyib:

“Dünənki iclasda biz Mansur Yavaş və Əkrəm İmamoğlunu prezidentliyə namizəd kimi təklif etdik. Millətimizin gözləntilərinin masanın qərarlarında da əks olunmasına səy göstərdik, amma təkliflərimiz rədd edildi”.

Akşener deyib ki, “Altılı masa” millətin iradəsini əks etdirmir:

“Bu masa artıq potensial namizədlərin müzakirə oluna biləcəyi ümumi müdriklik platforması deyil və vahid namizədin təsdiqi üçün işləyən notariat masasına çevrilib”.

“Biz qumar və ya notarius masasında olmayacağıq. 85 milyon insanın taleyini heç vaxt kor-koranə görməzdən gəlməyəcəyik. Yavaşa və İmamoğluna çağırışımdır. Camaat sizi vəzifəyə çağırır. Kritik qırılma astanasında, millət sizi vəzifəyə çağırır. Bu vəzifə millətin səsini eşitmək vəzifəsidir. Bu vəzifə danılmaz bir vəzifədir. Çünki bu qərar xalqa məxsusdur. Ya tarix yazacağıq, ya da tarix olacaq”, – o, fikrini belə tamamlayıb.

Akşenerin çıxışı partiya üzvləri tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Foto: “cumhuriyet.com.tr”

Martın 2-də “Milli Alyans”ın toplantısından sonra altı liderin imzası ilə yayımlanan bəyanatda ortaq namizədlə bağlı konsensusun deyil, ortaq anlaşmanın əldə edildiyi ifadə edilib və yekun bəyanatın verildiyi qeyd edilib.

İclasdan sonra CHP-lilər Kamal Kılıçdaroğlunun namizədliyi qəbul edilmiş kimi sevinib, İYİ Partiya üzvləri isə bunu qəzəblə qarşılayıblar.

Az sonra Akşener Ankaradakı əməkdaşlarını və millət vəkillərini növbədənkənar iclasa çağırıb.

İYİ Partiyanın sədr müavini Ərhan Usta bildirib ki, 6 nəfərlik masa toplantısında namizədlə bağlı razılıq əldə olunmayıb. Üstəlik, millət vəkillərindən Ümit Dikbayır tvitində digər 5 partiyanı nəzərədə tutaraq: “Millət beşdən böyükdür”, – deyə yazıb.

İYİ Partiya lideri növbədənkənar toplantı üçün qərargaha daxil olarkən binanın qarşısında gözləyən qrup: “Millətin ümidi Meral Akşener”, – şüarları səsləndirib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button