2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

“Mercedes” dünyanın ən bahalı avtomobilini gizli satdı – FOTO

İndiyədək dünyanın ən bahalı avtomobili 4 il əvvəl 70 milyon dollara satılan 1962-ci ilin “Ferrari” 250 GT modeli hesab olunurdu. Ola bilsin ki, bu rekord nəhayət, yenilənib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, adının açıqlanmasını istəməyən mənbə bildirib ki, “Mercedes-Benz” 1956-cı il istehsalı olan unikal 300 SLR Uhlenhaut Coupe idman avtomobilini gizli xeyriyyə hərracında satıb.

Şayiələrə görə, eksklüziv modelə 136,8 milyon dollar (232 560 000 manat) ödənilib.

Saytların yığılması Saytlarin yigilmasi

Daimler-Benz 300 SLR yarış kupesini xüsusilə 1956-cı ilin mövsümü üçün sərt dam örtüyünə malik hazırlayıb. Bununla belə, alman idman avtomobili heç bir yarışda iştirak etməyib, çünki şirkət avtomobil idmanını tərk edib.

Şirkət bu qərarı 1955-ci il iyunun 11-də Le-Manedə keçirilən 24 saatlıq dözümlülük yarışından sonra verib. Həmin yarış zamanı dəhşətli qəza baş verib və bu qəza zamanı pilot Pyer Buylen, həmçinin 83 tamaşaçı həlak olub. Bundan başqa, 180 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yarışdan müvəqqəti imtina etmələrinə baxmayaraq, almanlar o vaxta qədər iki 300 SLR idman kupesi istehsal edə bilmişdilər. Avtomobillərdən birini yarışlarda iştirak etmək əvəzinə brendin sınaq şöbəsinin rəhbəri Rudolf Ulenhaut götürüb və o, unikal modeldən xidməti avtomobil kimi istifadə edib. Avtomobil sahibinin şərəfinə “Ulenhaut Kupe” ləqəbini alıb.

Həmin illərdə saatda 290 kilometr sürətə malik SLR Uhlenhaut Coupe dünyanın ən sürətli avtomobili idi. “Mercedes-Benz”in nümayəndələri dəfələrlə bəyan ediblər ki, onlar heç vaxt unikal idman avtomobilini satmayacaqlar.

Amma şayiələrə inansaq, alver baş tutub. Mənbə iddia edir ki, eksklüziv yarış modeli üçün rekord məbləğ –  136,8 milyon dollar ödənilib.

24 saat” “
“Mercedes” dünyanın ən bahalı avtomobilini gizli satdı – FOTO
” başlıqlı yazını “lent.az”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button