2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Merkel Almaniya hərbçilərini Türkiyədən çıxara biləcəyini deyir

Almaniya kansleri Angela Merkel bildirib ki, Ankaranın Almaniya millət vəkillərinə alman hərbçilərə baş çəkmələri üçün viza verməkdən imtinanı davam etdirəcəyi təqdirdə, bu ölkənin Türkiyədə mənzillənmiş hərbi hissəsi oradan başqa bir ölkəyə köçürülə bilər.

Hazırda 250-dək Almaniya hərbçisi NATO-nun qonşu Suriyadakı İŞİD-ə qarşı mübarizəsi xətti ilə Türkiyədəki İncirlik hərbi hava bazasında yerləşib.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyə Xarici İşlər Nazirliyi heç bir əlavə izahat vermədən bildirib ki, indiki şəraitdə Almaniya millət vəkillərinin ölkəyə səfəri münasib olmazdı.

Reuters agentliyi xəbər verir ki, Türkiyə almaniyalı deputatların ölkəyə gəlişinə ötən il də icazə verməmişdi, amma sonunda bu səfər hər halda baş tutmuşdu.

Kansler Merkel deyib ki, “biz Türkiyə ilə danışıqları davam etdirəcəyik, lakin buna paralalel olaraq öz mandatımızı yerinə yetirmək üçün başqa yollar axtaracağıq”.

Merkel bildirib ki, İncirlik bazasına alternativ deyildikdə, ilk növbədə İordaniya nəzərdə tutulur.

Reuters xəbər verir ki, Almaniya hərbiyyəsi hazırlıq işlərinin görülməsi üçün yaxın günlərdə İordaniyaya səfər edəcək.

Bu da bildirilir ki, İordaniyaya üstünlük verilir, lakin Kipr və Küveyt variantları da mümkündür.

Türkiyə-Almaniya münasibətləri 16 aprel referendumunun ərəfəsində gərginləşib

Türkiyə-Almaniya münasibətləri 16 aprel referendumunun ərəfəsində gərginləşib

Tarixi səbəblərlə Almaniya ordusu – Bundesver Almaniya parlamentinin nəzarətindədir. Bu isə o deməkdir ki, Almaniya millət vəkillərinin ordu hissələrinə baş çəkməsi tamamilə məntiqi prosedurdur.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, Türkiyənin Almaniya parlamenti müdafiə komitəsi üzvlərinin ölkəyə gəlişinə imkan yaratmaması qeyri-məqbuldur.

Almaniya xarici işlər naziri Sigmar Gabriel bu məsələni NATO hökumətlərinin mayın 16-da Vaşinqtonda keçiriləcək müşavirəsində qaldıracağını söyləyib.

Reuters yazır ki, Almaniya və NATO hərbi rəsmiləri müttəfiqləri Türkiyə ilə daha böyük ixtilafdan yan keçməyə hələ də ümid edirlər.

Bu da qeyd olunur ki, alman korpusunun İncirlikdən çıxarılması Türkiyə hava bazasından aparılan kəşfiyyat-müşahidə uçuşlarında iki aylıq fasilənin yaranmasına səbəb olacaq.

Almaniya hərbiyyəsi Türkiyənin İncirlik bazasında evlər və avadanlıqla təchizat üçün 60 milyon avro investisiya yatırmaq niyyətindədir, lakin Türkiyə bu planları hələlik təsdiq etməyib.

Almaniya və Türkiyə arasında münasibətlər Türkiyədə aprelin 16-da keçirilmiş referendumun ərəfəsində gərginləşib.

O vaxt Almaniya prezident Erdoğana hədsiz hakimiyyət verəcək referendumun təşviqat mitinqlərində Türkiyə rəsmilərinin iştirakına icazə verməmişdi.

Bunun ardınca prezident Erdoğan Almaniyanı “nasislər kimi hətəkət etməkdə” günahlandırmışdı.

Almaniya və başqa Qərb ölkələri Türkiyənin getdikcə avtoritarlığa sürükləndiyindən narahatlıq ifadə edirlər.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button