2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Merkel bəzi ictimai fəalla görüşüb

Azərbaycana rəsmi səfər edən Almaniya kansleri bu gün, avqustun 25-də vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşüb. 

“Turan” agentliyinin məlumatına görə, kanslerlə vətəndaş cəmiyyəti təmsilçilərinin müzakirəsi rəsmi görüşlərdən sonra baş tutub.

Yarım saatdan artıq davam edən görüşdə yerli vətəndaş cəmiyyətinin durumu müzakirə mövzularından olub. İnsan hüquq və azadlıqlarının, media azadlıgının vəziyyəti nəzərdən keçirilib.
Yerli vətəndaş cəmiyyəti fəalları A.Merkelə bu sahədəki durumla baglı məlumat veriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Görüş Almaniyanın Azərbaycandakı səfirinin iqamətgahında keçirilib və təxminən bir saat davam edib.

Görüşdə Turqut Qəmbər (NİDA Hərəkatının üzvü), Xədicə İsmayılova (araşdırmaçı jurnalist), Əvəz Həsənov (Humanitar Araşdırmalar Cəmiyyətinin rəhbəri), Şəhla İsmayıl (“Qadınlar Rasional İnkişaf Uğrunda” Cəmiyyətinin rəhbəri və Sevinc Səmədzadə (gənc fəal, sülhməramlı təşəbbüslər iştirakçısı) iştirak ediblər.

Şəhla İsmayıl Turan-a bildirib ki, görüş zamanı Azərbaycanın ictimai həyatına dair geniş spektrli məsələlər müzakirə edilib.

Əsasən insan hüquqları ilə bağlı vəziyyət, qadın hüquqları, gender bərabərliyi, QHT-lərin fəaliyyəti və media azadlığı ilə bağlı problemlər, həmçinin siyasi məhbuslar mövzusu müzakirə edilib.

Ş.İsmayılın fikrincə, A.Merkel görüş iştirakçılarını diqqətlə dinləyib, Azərbaycanda insan hüquqlarının vəziyyəti və digər problemlərlə bağlı yaxşı məlumatlı olduğunu göstərib.

Görüşün digər iştirakçısı Xədicə İsmayılova Azərbaycanda korrupsiya məsələsini qaldırıb. Bu barədə o, Facebook səhifəsində yazıb.

X.İsmayılovanın sözlərinə görə, o maraqlanıb ki, Azərbaycanda müstəqil KİV və vətəndaş cəmiyyəti olmadan Avropa vergiödəyicilərinin puluna inşa edilən boru kəmərləri kimi meqalayihələrə ayrılan xərclərin şəffaflığını necə təmin etmək olar.

“Mən dedim ki, bizim jurnalist kimi üzərimizə götürdüyümüz riski indi də lisenziyalardan məhrum edilən vəkillərimiz bölüşür. Mən özbaşına həbslərdən, işgəncələrə qarşı müstəqil mübarizə mexanizminin olmamasından, hüquq-mühafizə orqanlarında ölümlərdən və s. danışdım. Mənim təəssüratım belədir ki, kansler Merkel avtokratik rejimlərin çətinliyini və mexanizmlərini başa düşür. O dedi ki, bizim narahatlığımız önəmlidir və narahatlıq doğuran məsələlərdən bəzisi onun prezident İlham Əliyevlə görüşü zamanı müzakirə edilib. Mən ondan daha çox şey eşidəcəyimə ümid edirdim”, – X.İsmayılova yazıb.

Almaniya kansleri A. Merkelin Azərbaycan səfəri başa çatıb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button