2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Merkel ikili vətəndaşlıq sözünü tuta biləcəkmi?

Almaniyanın Baş naziri Angela Merkelə partiyası CDU içində ikili vətəndaşlığın ləğvi üçün təzyiq böyüyür. Dörd ay əvvəl “bunu seçki kampaniyası etməyi düşünmürəm” deyən Merkel sözünü tuta biləcəkmi?
Almaniyada AB vətəndaşlarınının, Rusiya kökənli almanların ikili vətəndaşlıq haqqı var. İran vətəndaşlıqdan çıxarmadığı halda, bu haqq iranlılar üçün də keçərli sayılır. Amma türklərin ikili vətəndaşlığı ilə bağlı məsələ həmişə problemli olub. 1999-cu ildə Xristian Demokrat Partiyasından (CDU) Roland Koç və Xristian Sosial Birlik Partiyası (CSU) türklərə də ikili vətəndaşlıq hüququ verilməsinə qarşı imza kampaniyası başlatdı. Koç kampaniya ilə Hessendə seçkiləri qazandı. Sosial Demokrat Partiyası (SPD) 2013-cü il seçkilərində ikili vətəndaşlıq sözü verdi və “yoxsa hökumət başına gəlmərəm” dedi. Xristian Birlik (CDU / CSU) və SPD uzun müzakirələrdən sonra ümumi olaraq asanlaşdırılmış ikili vətəndaşlıqla bağlı hökumət proqramını qəbul etdi və o, 2014-cü ildə qüvvəyə mindi. Amma dörd il keçmədən Türkiyədəki 15 iyul çevriliş cəhdindən sonra türklərin ikili vətəndaşlığı yenidən müzakirə mövzusu oldu.
CDU-nun mühafizəkar qanadının sözçülərindən Jens Spahnin “ürəyi Ərdoğan üçün vuranlar, getsin bunu Türkiyədə etsin” sözləriylə müzakirə yenidən başladı. Sonra da CDU-nun keçən dekabr ayında Essendə etdiyi qurultayına sürpriz bir təklif gəldi. Təklif ikili vətəndaşlığın ləğvini istəyirdi. Daxili İşlər naziri Tomas de Maiziere təklifin səs verməyə təqdim edilmədən geri götürülməsi üçün çox səy göstərdi. Ancaq bacara bilmədi və təklif 300 “xeyr” səsinə qarşı 319 səslə qəbul edildi. Təklifin keçməsinə çaşan nazir Merkel qurultayda kameralar önünə çıxaraq, “belə bir təklifi şəxsən səhv saydığını və bunu sentyabrdakı ümumi seçkilərdə kampaniya mövzusu etməyi düşünmədiyini’ söylədi.

Amma Türkiyədəki referendumdan sonra Merkelə partiyası CDU içində ikili vətəndaşlığın ləğvini seçki kampaniyası etməsi üçün ciddi təzyiq başlayıb. Hətta Merkelin ən çox güvəndiyi CDU sədrinin müavini Tomas Strobl da qarşı düşüncənin tərəfinə keçib. Strobl “ikili vətəndaşlığın nəsillər vasitəsilə davamını səhv hesab edirəm” deyib. İndi Merkel üçün çətin sınaq dövrü başlayır. Dörd ay əvvəl qurultayda söylədiyi “ikili vətəndaşlığın ləğvi tələbini şəxsən səhv hesab edirəm və seçki kampaniyası etməyi düşünmürəm” sözünü tutacaq mı?

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button