2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Merkel Səudiyyə qadınları üçün bir model

Səudiyyə Ərəbistanının İqtisadiyyat nazirinin müavini Məhəmməd əl Tuvaycri “Der Spiegel” jurnalına verdiyi müsahibədə Almaniyanın Baş naziri Angela Merkelin “bütün Səudiyyə qadınları” üçün model, örnək olduğunu söyləyib. Merkelin isə bu gün Səudiyyə Ərəbistanındakı görüşmələrini tamamlayaraq Birləşmiş Ərəb Əmirliklərində keçməsi gözlənilir

Səudiyyəli nazirin Merkeli ölkəsinin qadınları üçün model olaraq tərifləməsi alman mətbuatında “qadın hüquqlarının hədsiz pis olduğu bir ölkədən” edilən ironik bir açıqlama kimi şərh edildi.

Saytların yığılması Saytlarin yigilmasi

Almaniyanın Baş naziri Angela Merkelin Səudiyyə Ərəbistanındakı rəsmi təmaslarda gündəmə gətirdiyi mövzular arasında DEAŞ ilə mübarizə, Suriyadakı vətəndaş müharibəsi, Səudiyyə Ərəbistanının Yəməndəki rolu və başqa ölkələrdə radikal İslamçı hərəkatlara dəstək iddiaları kimi müxtəlif məsələlər var.

Merkelin iqlimin qorunması və Səudiyyə Ərəbistanında qadın hüquqları kimi məsələlərdən də bəhs edəcəyi planlaşdırılır. Baş naziri alman iqtisadiyyat dünyasının yüksək səviyyəli nümayəndələrdən ibarət bir heyət müşayiət edir.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button