2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Merkel Türkiyəyə sərt xəbərdarlıq edib

Ənənəvi illik yay mətbuat konfransında çıxış edən Angela Merkel deyib ki, Türkiyənin Almaniya vətəndaşlarını məhbus etməsi iki ölkə arasında onsuz da mürəkkəb münasibətlərə daha ciddi zərbə vuracaq.

Merkel deyib: “Biz hələ hadisələrin necə inkişaf edəcəyini gözləyirik, amma indidən çox aydın şəkildə məhbus edilənlərin azadlığa buraxılmasına çağırırıq”.

Saytların yığılması Saytlarin yigilmasi

Almaniya kansleri deyib ki, hazırda Türkiyə həbsxanalarında saxlanan bir neçə Almaniya vətəndaşının həbsini ədalətsiz sayır.

Merkel bildirib ki, məhz bu səbəbdən Berlin Ankaraya münasibətdə yeni siyasi xətt götürüb.

Almaniyalı-türk jurnalist Deniz Yücel terror təbliğatı ittihamı ilə fevral ayıbnda həbs edilib.

İyul ayında isə Türkiyə hakimiyyət orqanları Almaniya insan haqları müdafiəçisi Peter Steudtner və daha 9 nəfəri həbs edib. Onlar “terrorçu təşkilatların üzvü olmasalar da, bu qrupların adından cinayət törətməkdə ittiham edilirlər”.

Bu ayın əvvəllərində Türkiyə-Almaniya vətəndaşı, tanınmış yazıçı İspaniyada istirahətdə olarkən Türkiyənin İnterpol orderi əsasında həbs edilib. Doğan Akhanlı prezident Erdoğanın qatı tənqidçisi kimi tanınır.

İspaniya məhkəməsi daimi yaşayış yeri Almaniyanın Köln şəhəri olan yazıçını ölkədən çıxmamaq şərti ilə azadlığa buraxıb.

Bu hadisə ilə əlaqədar Almaniya hökuməti Türkiyəni beynəlxalq polis təşkilatı olan İnterpolun orderindən “Erdoğanın opponentlərinin ovlanması məqsədilə” sui-istifadədə ittiham edib.

Bu mətbuat konransında 90 dəqiqə çıxış edən Angela Merkel deyib ki, hazırda Almaniya-Türkiyə münasibətləri “çox mürəkkəb” fazasını yaşayır.

O əlavə edib ki, bu münasibətlərin yaxşılaşması üçün qanunun aliliyi prinsipinin bərpa edilməsi şərtdir.

“Biz Türkiyədə bunun baş verdiyini hələki görmürük” – deyib Merkel.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button