2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Merkellə Əliyevin birgə mətbuat konfransında tərs sual

Xarici jurnalist: “Merkellə Əfqan Muxtarlı və həbsdəki jurnalistlər haqda danışdınızmı?”
Angela Merkel və İlham Əliyev birgə mətbuat konfransı keçiriblər.
Bir xarici jurnalistin “Cənab İlham Əliyev, Əfqan Muxtarlı və başqa araşdırmaçı jurnalistlər həbsdədirlər və siz Avropa Şurası tərəfindən bu mənada tənqidə məruz qalırsız. İqtisadi əməkdaşlıqla yanaşı bu məsələlər də müzakirə olundumu sualına cavabında İlham Əliyev deyib:
“Azərbaycanda bütün azadlıqlar təmin olunub. O cümlədən, söz azadlığı, mətbuat azadlığı. Azərbaycanda yüzlərlə mətbu orqan fəaliyyət göstərir, onların arasında müxalifət mətbuatı da kifayət qədər çoxdur. Tənqidə görə, fərqli baxışa görə heç kim Azərbaycanda təqib olunmur”.
İlham Əliyev deyib ki, iki liderin müzakirəsində bütün məsələlər eyni dərəcədə əhəmiyyətli olub, o cümlədən insan haqları və demokratiya da.
Azadlıq Radiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button