Loading...
Loading...
Gündəm

Meşə ərazisində meyvə yığmağa görə cərimələrlə bağlı qərar ləğv edildi

Prezident İlham Əliyev Nazirlər Kabinetinə “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərara dəyişikliklərin ləğv olunması barədə göstəriş verib. 24saat.org xəbər verir ki, ölkə başçısının yerlərdən daxil olan müraciətləri nəzərə alaraq, belə göstəriş verdiyi bildirilir.

Qeyd edək ki, meşə təsərrüfatında meyvələri qanuni əsas olmadan əldə edən şəxs həmin məhsulu geri qaytarmalıdır. Bu, mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətlərinə uyğun hesablanaraq ödənilir.

Nazirlər Kabinetinin qərara etdiyi dəyişikliklər meyvələrin və bitkilərin qanuni əsas olmadan əldə edilməsinə görə ödənişlərin nəzərəçarpacaq dərəcədə artırılmasını nəzərdə tutmuşdur.

Nazirlər Kabinetinin yeni dəyişikliklərinə əsasən meşədə icazəsiz yığılan meşə sərvətlərinin hər kiloqramı üçün cərimə məbləği 3 dəfəyədək artırılmışdı. Məsələn, itburnu, şabalıd, fındıq və dərman bitkilərinin icazəsiz yığılması üçün əvvəl cərimə 80 qəpik idisə, indi 2 manat edilmişdi.

Çaytikanı, qoz üçün tətbiq edilən cərimə əvvəl 1 manat 20 qəpik idisə, indi 3 manat müəyyənləşmişdi. Ümumiyyətlə, meşə ehtiyatlarının bütün parametrləri üzrə cərimələr artırılması nəzərdə tutulurdu.

Bu qərar elan olunan andan ictimaiyyətdə böyük narazılıq yaranmışdı.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının FACEBOOK səhifəsini izləyin
Gözdən qaçırmayın:  Rusların Xarkovun mərkəzini raketlə vurması kameraya düşüb - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button