2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Messenger” üçün çoxdan gözlənilən yenilik

“Facebook” şirkəti “Windows 10” üçün olan “Messenger”ə çoxdan gözlənilən yenilənməni təqdim edib.

Moderator.az technote.az-a istinadən xəbər verir ki, artıq “Windows 10” istifadəçiləri “Messenger” vasitəsilə audio və videozənglər edə biləcəklər.

Sözügedən funksiya çoxdan “iOS” və “Android” platformalarında mövcuddur. Lakin indi bütün “Windows 10” dəstəkli cihazlar üçün də aktiv olub.

Saytların yığılması Saytlarin yigilmasi

Zəng etmək üçün onlayn olan lazımi şəxsin kamera və ya mikrofon ikonlarına klikləməlisiniz.

Zənglər internet üzərindən olduğu üçün keyfiyyət baxımından yüksəksürətli internetin olması vacibdir. Şirkətin verdiyi məlumata əsasən, onlar yenilənməni təzə təqdim etdikləri üçün bir çoxları, hələ ki, bu funksiyadan yararlana bilməyəcəklər.

Lakin yaxın müddət ərzində sözügedən funksiya hamı üçün aktiv olacaq. Bundan əlavə, şirkət həm də “Windows Phone” üçün də “Messenger” yenilənməsini təqdim edib. Bu yenilənmədə də videozənglər aktivdir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button