2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Messi və Ronaldonu qabaqladı

“Barselona”nın hücumçusu Luis Suares İspaniya Primerosunun III turunda “Alaves”lə qarşılaşmada yubiley matçını keçirib. Kataloniya klubunun 1:2 hesabı ilə məğlub olduğu görüş uruqvaylının bu forma altında 100-cü oyunu olub.

Geridə qalan 100 görüşdə 88 qol və 43 məhsuldar ötürmə ilə diqqət çəkən Suares “qol+assist” sistemi ilə 131 xal toplayıb. O, bu göstərici ilə həm komanda yoldaşı Lionel Messini, həm də “Real”ın lideri Kriştianu Ronaldonu qabaqlayıb. Argentinalı “Barsa”dakı ilk 100 matçında 41 qol, 14 assistə (55 xal) imza atmışdısa, portuqaliyalı “Real”da 95 qol, 29 məhsuldar ötürmə (124 xal) ilə yadda qalmışdı.

Suaresin iştirak etdiyi 100 görüşün 80 faizini “Barselona” qalib tamamlayıb. O, bu baxımdan da Ronaldo (76%) və Messini (67%) geridə qoyub.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Luis Suares “Alaves”lə oyunun 66-cı dəqiqəsində meydana daxil olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button