Loading...
Loading...
Texnologiya

Meta şirkəti ilk AR eynəklərini 2024-cü ildə satışa çıxarda bilər

    Verilmiş məlumata əsasən Meta şirkəti öz ilk AR eynəklərini 2024-cü ilin sonuna kimi satışa çıxardacaq. Bu barədə məlumatı The Verge saytı məsələ ilə yaxından əlaqəli olan şəxslərə istinadən verib. Məlumatda qeyd edilib ki, 2024-cü ildə şirkətin Project Nazare adlı ilk AR eynəyi satışa çıxacaq. Həmin eynək heç bir smartfondan və ya kompüterdən asılı olmayaraq müstəqil şəkildə çalışa biləcək. Bundan əlavə olaraq məlumata əsasən Mark Zuckerberg sözügedən AR eynəyin Hypernova adlı bir qədər sadələşdirilmiş versiyasını da satışa çıxartmağı planlaşdırır.

    Sadələşdirilmiş AR eynək modeli isə smartfon ilə birlikdə çalışacaq. Həmin eynək smartfondakı mesajları və digər məlumatları əks etdirə biləcək. Bununla yanaşı şirkətin planları artıq bir neçə il üçün hazırdır. Belə ki, şirkət AR eynəyin ikinci versiyasını 2026-cı ildə, üçüncü versiyasını isə 2028-ci ildə satışa çıxartmağı planlaşdırır. Zuckerberg ilə yaxından əlaqəli olan şəxslərin verdikləri məlumata əsasən o öz cihazını İT sahədə innovasiya kimi təqdim etməyi hədəfləyib.

    Güman olunur ki, bu, son illərdə Facebook-a dəymiş ziyanı yüngülləşdirmək üçündür. Bundan əlavə olaraq nizamlayıcı orqanlar sosial şəbəkələrdə target edilən reklam bazarı barəsində istintaqlara başladıqları üçün şirkət əlavə gəlir mənbəyi axtarmalıdır. Əgər Meta-nın AR eynəkləri nəticədə uğurlu olsalar, bu, şirkətin vəziyyətini dəyişə bilər. Şirkətin AR eynək layihəsi üzərində çalışmış keçmiş əməkdaşın sözlərinə əsasən Zuckerberg-in eqosu AR eynəyin yaradılması ilə sıx əlaqəlidir. Buna görə də o, yeni məhsulun təqdimatının ilk iPhone modelinin təqdimatı kimi inqilabi an olmasını istəyir. 

24 saat” “Meta şirkəti ilk AR eynəklərini 2024-cü ildə satışa çıxarda bilər” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Hidrogen CO2 tullantıları ilə müqayisədə iqlim üçün 11 dəfə daha təhlükəlidir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button