2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Metro 1 saat gec bağlanacaq…

Bakı Metropoliteni “Qəbələ” İdman Klubunun müraciətini cavablandırıb.

Moderator.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qurum bu gün iş rejiminin saat 01:00-dək uzadılması xahişinə müsbət reaksiya verib.

Klub bununla əlaqədar Bakı Metropoliteninə təşəkkürünü bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, “Xalqlar Dostluğu” və “Neftçilər” stansiyasının iş rejimi bir günlük dəyişdiriləcək.

“Komanda rəhbərliyi “Qəbələ”nin Bakıda keçiriləcək oyunu ilə əlaqədar azarkeşlərin mənzil başına vaxtında çatması üçün müraciət edib. Biz də onlara müsbət cavab vermişik. Bu məqsədlə biz “Qəbələ” komandasının rəhbərliyi ilə koordinasiyalı işləyəcəyik.

Stansiyaların saat neçəyə qədər işləməsi hələ məlum deyil. Ola bilsin ki, oyundan sonra metroya kütləvi sərnişin axını olsun. Əgər elə olarsa, sərnişinlərin daşınması üçün hər iki stansiya açıq olsun. Əgər saat 01:00-dan sonra da metroya kütləvi sərnişin axını olsa, stansiyalar bağlanmayacaq. Stansiyaların hər ikisi sərnişinləri sona qədər daşımaq üçün açıq olacaq. Digər stansiyalarda isə saat 00:00-da giriş bağlanacaq, çıxış isə açıq olacaq”.

Qeyd edək ki, müraciət “Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda “Bakcell Arena”da (8-ci km stadionu) Fransanın “Sent-Etyen” komandası ilə saat 22:00-da start götürəcək görüşünün gec başa çatacağı ilə əlaqədar ünvanlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button