Loading...
Loading...
Sosial

Metro istifadəçilərinə şad xəbər

Rusiyanın “Metrovaqonmaş” şirkətinin “81-765/766” modelində 5 vaqondan ibarət iki metro qatarını alıb.

Yeni qatarlarda telefon, planşet kimi avadanlıqları enerji ilə doldurmaq mümkün olacaq. 24saat.org xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O bildirib ki, yeni qatarların hər vaqonunda 16 ədəd USB portu var.
Metropoliten rəsmisinin sözlərinə görə, 2 ədəd qatardan biri artıq Bakıdadır. Qataralrın hər biri 5 vaqondan ibarətdir. “Bu vaqonlar 4-cü nəsil vaqonlar adlanır və 2015-ci ildə alınan yeni vaqonlardan bir çox üstünlükləri ilə fərqlənir. Yeni qatarların istismar müddəti təxminən 31 ildir”.

Qeyd edək ki, “Metrovaqonmaş” şirkəti 1967-ci ildən “Bakı Metropoliteni” QSC-ni vaqonlarla təmin edir. Hazırda “Bakı Metropoliteni”ndə bu şirkətin istehsalı olan 280 vaqon var. Sonuncu dəfə 2015-ci ildə Bakıya “81-760.B/761.B/763.B” modelində hər birində 5 vaqon olmaqla, 3 qatar gətirilib.

Gözdən qaçırmayın:  Həbsdəki MTN generalı iddia edir ki, alınan milyonlar deputata verilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button