2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Metro və avtobuslarda gediş haqqı bahalaşdı

Metro və marşrut avtobuslarında gediş haqqı bahalaşdı. Bununla bağlı bu gün, yanvarın 31-də Tarif (qiymət) Şurası qərar verib.

Saytların yığılması Saytlarin yigilmasi

Qurumun yaydığı məlumatda bildirilir ki, iclasda daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb.

Qərarla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik müəyyən edilib. Hazırda bu, 30 qəpikdir: “Ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik (əvvəl 35 qəpik idi), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0.40-1.00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik müəyyən olunub (əvvəlki tarif 2.4 qəpik)”.

Qurumun məlumatına görə, müraciətlərdə qeyd edilib ki, sonuncu tənzimləmədən (2018) ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artması sərnişindaşımada maya dəyərinə ciddi təsir edib.

Qərarlar fevralın 3-dən qüvvəyə minir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button