2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Metro yenə işçiləri ixtisar edir

azadliq-metrostansiyaBakı Metropoliteni qurumda bəzi işçilərin öz hesabına məzuniyyətə göndərilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bildirib ki, bu proses qurumun tikinti sektorunda iş həcminin azalması ilə bağlıdır:

Saytların yığılması Saytlarin yigilmasi

“Metroda tikintidə iş həcmi azaldığı üçün işçilər növbəli halda məzuniyyətə göndərilir. Qurum rəhbərliyi iş həcmi azaldığı üçün humanizmlik prinsipini əsas gətirərək işçiləri işdən azad etmir. Buna görə də işçilər növbəli məzuniyyətə göndərilir ki, həmin işçilər tam işsiz qalmasın, müəyyən müddətdən sonra maaş alsınlar. Məzuniyyətə göndərilənlər metronun əsasən, “Bənövşəyi xətt”in tikintisində işləyirdilər. Onlar “Avtovağzal”, “Memar Əcəmi” və şərti adı “B-3” olan stansiyaların tikintisində çalışırdılar. İndi “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında iş yekunlaşıb və stansiyalar artıq istifadəyə verilib. Ona görə də həmin stansiyaların tikintisində işləyənlər növbəli məzuniyyətə göndərilir”.

(Report)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button