2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Metroda gediş haqqı bahalaşır?

Metroda gediş haqqının bahalaşması ilə bağlı Tarif Şurasına müraciət edilməyib.

Bunu Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdatr Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, metropoliten sosial yönümlü nəqliyyat infrastrukturudur və daim dövlətin qayğısı ilə əhatə olunur.

Saytların yığılması Saytlarin yigilmasi

“Pandemiya dövründə elan edilmiş xüsusi karantin rejimi müddətində sərnişindaşımanın azalması normal qarşılanmalıdır. Qeyd edilən dövrdə də metropolitenin işlək vəziyyətdə saxlanılması və zəruri xərclərin qarşılanması üçün “Bakı Metropoliteni” QSC-yə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir.

Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli Qərarı ilə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısında Bakı Metropoliteni də var. Bu səbəbdən gediş haqqı tarifi üzrə tənzimlənməni “Bakı Metropoliteni” QSC aparmır. Bununla bağlı, hələlik aidiyyəti üzrə hər hansı bir müraciət ünvanlanmayıb,” – deyə qurum rəsmisi bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button