2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Metroda işləmək istəyənlər üçün pulsuz kurs

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Eskalator təsərrüfatı üzrə növbətçi dispetçeri” və “Mühəndis-texniki avadanlıqlar üzrə növbə dispetçeri” vəzifələri üzrə ödənişsiz kurs təşkil edir.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, kurs 6 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində müvafiq vəzifə üzrə işlə təmin ediləcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

Kursda iştirak tələbləri:

• Yaş: 22 – 30 arası

• Cinsi: kişi

• Hərbi mükəlləfiyyətli

• Təhsil: Texniki ali

• Dil bilikləri:

• Azərbaycan dili – əla

• Rus dili – yaxşı

• Digər xarici dil bilmək arzuolunandır

• Qeydiyyat: Bakı şəhəri

Şöbə rəisi bildirib ki, kursda iştirak etmək istəyənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus) Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Dispetçer” vəzifəsinin qeyd edilməsi zəruridir.

Müraciətlər avqustun 25-dək qəbul edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button