Loading...
Loading...
SEÇMƏ

MeyArt – Azərbaycan İranla kino sahəsində əməkdaşlıq qurur

Ölkə başçısı İlham Əliyev iyunun 23-də Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.

 Rəsul Rzanın oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev xəbərə çox sevindiyini deyib. O bildirib ki, Rəsul Rzanın Bakı şəhəri, Səbail rayonunda, öz adını daşıyan küçədə yerləşən mənzilində hazırda yaşayış yoxdur. Anar Rzayev Rəsul Rzaya məxsus bütün əşyaların – fotoların, kitabların, əlyazmaların qorunub saxlanıldığını deyir. Həmçinin mənzilin qismən təmirə ehtiyacı olduğunu da vurğulayıb.

Rusiyanın müstəqil qəzeti – “Novaya Qazeta”nın baş redaktoru Dmitri Muratovun hərraca çıxardığı Nobel Sülh Mükafatı təxminən 103 milyon dollara satılıb. O hərracdan əldə onunan gəliri Ukrayna Qaçqınlar Fonduna ianə edəcək. Dmitri Muratov Nobel Sülh Mükafatını 2021-ci ildə “ifadə azadlığını qorumaq cəhdlərinə görə” alıb.

Qəzetin “online” variantının fəaliyyəti və kağız üzərində nəşri bu ilin martında Rusiyanın Ukraynaya hərbi müdaxiləsini “müharibə” adlandırdığı üçün bloklanıb.

Sovet dövrünün məhşur qrupu “Ласковый май”ın keçmiş solisti, müğənni Yuri Şatunov vəfat edib. 48 yaşlı müğənninin ürək çatışmazlığından keçindiyi deyilir. Şatunov “Belıye rozı”, “Sedaya noç”  mahnıları ilə şöhrət qazanıb.

Uşaqlar evində böyüyən Yuri orada musiqi müəllimi kimi çalışan Sergey Kuznetsovla birlikdə “Laskoviy May” (“Tender May”) adlı qrup yaradır. Şatunovun solisti olduğu bu qrup 1986-1992-ci illərdə fəaliyyət göstərib. Beləcə 13 yaşında solist olan gənc milyonların sevimlisinə çevrilib.

Meydan TV

Gözdən qaçırmayın:  İsmayıllı sakini: “İndi təqaüd dərdi çəkmək yox, istirahət etmək vaxtımdır”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button