Loading...
Loading...
SEÇMƏ

MeyArt: Azərbaycanda Animasiya festivalı keçirilir

Yayımlandı: 12 Sentyabr 2022 13:41

Azərbaycanda ilk və tək keçirilən “Animafilm” festivalı başlayıb. “Bir bilet = bir ağac” şüarı altında keçiriləcək festival bu il 5 illiyini qeyd edir. “Animafilm” festivalının builki mövzusu iqlim dəyişikliyinə həsr olunub. Belə ki, bilet satışından əldə olunan gəlir Qarabağda ağac əkilməsi kampaniyasına sərf ediləcək. Festivalın proqramına 29 ölkədən 75 film daxil edilib. Azərbaycandan isə 16 film yarışacaq. 

Rusiya ABŞ aktyorları Şon Pen və Ben Stillerin ölkəyə girişinə qadağa qoyub. 

Xatırladaq ki, Şon Penn Rusiyanın Ukraynaya hücumundan sonra Ukraynaya dəstəyini ifadə etmək üçün həmkarı Zelenski ilə görüşüb. Ukraynada baş verənlərlə bağlı sənədli film çəkib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının səfiri Stiller iyun ayında Ukraynaya səfər edib və “İnstagram”da münaqişə qaçqınları ilə həmrəylik bildirən bir video yerləşdirərək deyib: “Heç kim evlərini tərk etməyi seçmir. Təhlükəsizliyi axtarmaq hüquqdur və bu, hər bir insan üçün qorunmalıdır”. Stiller Ukrayna prezidenti Volodimir Zelenski ilə də görüşüb: “Sən mənim qəhrəmanımsan” deyib.

Beləliklə, onlar Rusiyanın sanksiyaya məruz qalmış mindən çox ABŞ vətəndaşının adlarından ibarət siyahıya qoşulublar.

“Banu” filmi 79-cu Venesiya kinofestivalında təqdim olunub. Azərbaycan, İtaliya, Fransa və İranın birgə istehsalı olan ekran işinin rejissoru xaricdə yaşayan  Təhminə Rafaelladır. O, həmçinin filmdə baş rolu ifa edir.  Filmdəki hadisələr Qarabağ müharibəsi fonunda cərəyan edir. Ancaq rejissor bildirib ki, filmin məqsədi siyasi mövqe nümayiş etdirmək və ya iki ölkə arasında onilliklər boyu davam edən ərazi münaqişəsinin tarixini araşdırmaq deyil. Bunun yerinə Təhminə Rafaella minlərlə qadının övladını itirdiyi bir savaşda bir qadının övladının qəyyumluğu uğrunda apardığı mübarizə üzərindən  müharibəylə patriarxat arasındakı əlaqəninin sorğulanmasını istəyib.

Rejissor Hilal Baydarovun “Balıqlara xütbə” (“Sermon to the Fish”) filmi “Busan” Beynəlxalq Film Festivalının “Asiya Kinosuna Pəncərə” bölümündə nümayiş olunacaq. Busan” Beynəlxalq Film Festivalı Tokio və Honkonq Beynəlxalq Film Festivalları ilə yanaşı, Asiyanın ən böyük film festivalı hesab olunur. 

“Balıqlara xütbə” filmi, həmçinin, “Locarno” Film Festivalının “Həyatın keyfiyyəti ətraf mühitdən asılıdır” mükafatlarına da layiq görülüb.

Ekran əsəri müharibələrdə, savaşın ağrıları içində itmiş, unudulmuş ruhlar haqqında fəlsəfi nağıldır.

Film Azərbaycan, Meksika, İsveçrə və Türkiyənin birgə istehsalıdır.

Meydan TV

Gözdən qaçırmayın:  Elçin Sadıqov və Əvəz Zeynallı DTX-da saxlanılır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button